"Duman olacaq, cənub küləyi əsəcək" - Sabahın hava proqnozu

img

23-11-2015 [13:43]


Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2-7 isti, gündüz 13-18 dərəcə isti olacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA