Nazir Fazil Məmmədovun qəbul qrafiki - Elan

img

23-11-2015 [11:39]


Vergilər naziri Biləsuvarda vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, 27 noyabr 2015-ci il tarixində vergilər naziri Fazil Məmmədov Biləsuvar Olimpiya İdman Kompleksində (ünvan: Heydər Əliyev küçəsi, 1A) Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Mia.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 6 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Əliyev Valeh Yaşar oğlu, əlaqə telefonu: (025) 254-66-74, mobil (070) 218-08-38), Biləsuvar rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Məmmədov Ramazan Cəfər oğlu, əlaqə telefonu: (025) 295-02-96, mobil (050) 374-62-43), Cəlilabad rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Dadaşov İbadət Saya oğlu, əlaqə telefonu: (025) 243-56-04, mobil (055) 230-92-02), Masallı rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Həzərxanov Ramal Həzərxan oğlu, əlaqə telefonu: (025) 215-42-26, mobil (050) 281-23-09) və Yardımlı rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Ağayev Rüfət Zakir oğlu, əlaqə telefonu: (025) 206-14-35, mobil (050) 387-02-96) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA