Mədət Quliyev: "O, cinayətinə görə cavab verəcək”

img

22-11-2015 [19:31]


"Bu gün Azərbaycanda hər bir kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir, burada hüquq şahdır və cinayət törədən şəxs bilməlidir ki, geci-tezi ona hüquqi qiymət veriləcək və o, cinayətinə görə cavab verəcək”.

Trend-in məlumatına görə, bunu Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev son dövürlərdə Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələri şərh edərkən deyib.

M.Quliyev bildirib ki, ola bilər ki, bir neçə nəfər cinayət edib və bu gün ona hüquqi qiymət verilir.

Nazir müavini qeyd edib ki, xalqımız Milli Təhlükəsizlik Nazirliyinə inanıb və bu gün də inanır.

M.Quliyev vurğulayıb ki, KİV-lərdə bununla bağlı məlumatlar yazılır: "Amma bu, Milli Təhlükəsizlik Nazirliyinin ümumi kollektivinə aid deyil, orada əməkdaşların 99 faizdən artığı saf, təmiz, işgüzar şəxslərdirlər, onlar işləyirlər, dövlətimizin təhlükəsizliyinin keşiyində dururlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA