21-11-2015 [17:04]
Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması və daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə tədbirləri davam etdirir. Əmlak sahiblərinin qeydiyyat xidmətlərindən daha rahat şəkildə yararlanması məqsədilə komitə tərəfindən reallaşdırılan «kütləvi çıxarış» kampaniyası getdikcə genişlənməkdədir.
Mia.az Axar.az-a istinadən xəbər verir ki, vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq komitə "Kütləvi çıxarış” kampaniyasını daha da intensivləşdirib.
Noyabr ayında artıq Tovuz və Qazax rayonlarında, Bakının Sabunçu rayonunda və Abşeronda keçirilən kampaniya bu dəfə Xətai rayonunda davam etdirilib. Rayondakı yeni tikilmiş yaşayış binalarının birində mənzil sahiblərinə reyestrdən çıxarış təqdim olunub. Digər sakinlərdən isə əmlakın qeydiyyatı üçün sənədlər qəbul edilib.
Bu gün Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yaşayan 50-yə yaxın mənzil sahibinə onların ünvanlarında dövlət reyestrindən çıxarışlar təqdim olunub.
Eləcə də, kampaniya çərçivəsində, sakinlərin digər hissəsindən mənzillərin qeydiyyata alınması üçün ilkin hüquqi sənədlər qəbul edilib.
Xətai rayonundakı kampaniya nəticəsində sakinlərin öz mənzillərinin qeydiyyatı üçün nəinki ərazi qeydiyyat idarələrinə getməli olmayıblar, onların hətta öz həyətlərini tərk etmələrinə də ehtiyac qalmayıb. Bütün proses binanın həyətində başlanıb və tamamlanıb.
«Kütləvi çıxarış» kampaniyasının digər mühüm üstünlüyü bütün qeydiyyat xidmətlərinin «bir pəncərə» prinsipi əsasında göstərilməsidir.
Bununla da, "Kütləvi çıxarış” kampaniyası əhaliyə əmlakın qeydiyyatını rahat və çevik şəkildə həyata keçirməyə imkan verir. Bu da komitənin əsas hədəflərindən biri olan qeydiyyat xidmətlərində əlçatanlığın və vətəndaş məmnunluğunun təmin olunmasına tam uyğundur.
Məhz belə üstünlüklərinə görə kampanyanın indiyədək keçirildiyi bütün ərazilərdə sakinlər bu yeniliklərdən razı qalıb və kampaniyanın onların yaşadıqları ərazilərdə yenidən keçirilməsini istəyiblər.
Qeyd edilməlidir ki, bəzən hündürmərtəbəli binaları tikən mənzil tikinti kooperativləri tərəfindən komitənin adı hallandırılmaqla vətəndaşlara əsassız müraciət və tələblər edilir. Bununla bağlı komitə bildirir ki, kampaniya çərçivəsində qanunvericiliyə uyğun olaraq yalnız istismara qəbul aktı olan və qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqından əlavə heç bir ödəniş edilmədən çıxarış verilir.
Kampaniya nəticəsində daşınmaz əmlakların sürətlə sənədləşdirilməsi və əmlak dövriyyəsinə yeni əmlakların daxil olması əmlak bazarının aktivləşməsinə, əmlakla bağlı əməliyyatların genişlənməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir.
Xatırladaq ki, kampaniya çərçivəsində yalnız "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.
Kampaniyanın keçirildiyi şəhər və rayonlarda, kənd və qəsəbələrdə vətəndaşlar arasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə işləri də aparılır. Onlara daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, sosial-iqtisadi faydaları, qeydiyyat prosedurları, zəruri sənədlər və digər hüquqi məsələlər izah edilir. Bu istiqamətdə verilən suallar cavablandırılır.
Son illər xidmətlərdə sosial amilləri daha da gücləndirən komitə fəaliyyət sahələri üzrə maksimum vətəndaş məmnunluğuna nail olmağı hədəfə alıb. Bu istiqamətdə öz fəaliyyətində məhz bir neçə mühüm yeniliyi edib ki, bunlara adı çəkilən «Kütləvi çıxarış» kampaniyası, mobil ofis xidməti, «bir pəncərə» prinsipi və elektron xidmətlərin tətbiqi aiddir.
Bu böyük sosial yeniliklər nəticəsində Azərbaycanda əmlakın qeydiyyatı prosesi tamamilə sadələşib və qeydiyyat xidmətləri əhali üçün əlverişli və əlçatan olub.
Qeyd edək ki, "Kütləvi çıxarış” kampaniyası növbəti həftələrdə də Bakı və regionlarda davam etdiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi