Paris terrorunda şübhəli bilinən İŞİD kəşfiyyatçısı Türkiyədə tutuldu - FOTO

img

21-11-2015 [15:58]


Türkiyə polisi Parisdə terror aktları hazırlamaqda şübhəli bilinən İŞİD üzvünü saxlayıb.
 
APA-nın "Milliyyət”ə istinadən verdiyi məlumatına görə, Mərakeş əsilli Belçika vətəndaşı, 26 yaşlı Əhməd Dahmani dünən Antalya şəhərində hoteldə tutulub.
 
Əhməd Dahmaninin Suriyadan gələn Əhməd Tahir və Məhəmməd Verde adlı işi şəxslə görüşəcəyini müəyyənləşdirən Antalya polisi əvvəlcə həmin şəxsləri Alanya yaxınlığında avtomobildə saxlayıb.
 
Suriyalıların İŞİD rəhbərləri tərəfindən aldıqları təlimatla Parisdə terror aktlarını hazırlayanlardan biri olan Əhməd Dahmaniyə saxta pasport gətirdikləri və onu təhlükəsiz şəkildə Suriyaya aparmaq istədikləri təsbit edilib. 
 
O da məlum olub ki, Ə. Dahmani İŞİD-in kəşfiyyatçılarındandır və noyabrın 13-də Parisdə terror aktları törədilməzdən əvvəl orada səfərdə olub.

Paris terrorunda şübhəli bilinən İŞİD kəşfiyyatçısı Türkiyədə tutuldu
 
Qeyd edək ki, noyabrın 13-də Parisdə eyni vaxtda bir neçə yerdə törədilmiş silsilə terror aktları nəticəsində 130 nəfər həlak olub, xeyli insan yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA