Prezidentə daha bir mükafat verildi - FOTO

img

20-11-2015 [21:48]


Amerika-Azərbaycan ticarət palatası ("Amcham Azerbaijan") prezident İlham Əliyevi "Leadership" mükafatı ilə təltif edib.

Mükafat ölkə başçısının "Amcham-Azerbaijan"a göstərilən dəstəyə görə verilib.

Mükafat prezident İlham Əliyevin nümayəndəsi qismində çıxış edən maliyyə naziri Samir Şərifova təqdim olunub.

"Bu palatanı təsis edən gündən Ulu öndər Heydər Əliyev bizə daim dəstək olub. Eyni münasibəti biz prezident İlham Əliyevdən gördük", - deyə palatanın təsisçisi Reza Veziri deyib.

Öz növbəsində S. Şərifov qeyd edib ki, prezident İlham Əliyev bu şərəfli mükafatı qəbul etmək üçün tapşırıq verib. Bundan sonra mükafat təqdim edilib.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA