20-11-2015 [12:41]
Məhəmməd Talıblı
Prezidentin Konsititusiya və Qurana əl basaraq içdiyi, həkimlərin Hippokrat, əsgərlərin hərbi andı olduğu halda niyə onlara təhsil verən müəllimin andı olmasın? Müəllimin cəmiyyətə təqdim etdiyi insanlardan müəllimin özü niyə fərqlənməlidir?
Azərbaycan təhsil sistemində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq and içən "pionerlər” olduq. Bu gün müəllim andı içdim. Yox, yox müəllim olaraq müxtəlif auditoriyalar çıxış etdiyim və universitetlərdə işlədiyim 15 ildən çoxdur. Sadəcə söhbət müəllim ştatında auditoriyaya daxil olmağımın rəsmiləşdirilməsindən gedir. Həmin illərimi itirilmiş illərim hesab etmirəm. Obrazlı desəm, bu illəri boş yerə avar çəkərək bundan narahatsız olmadım, əksinə bunun qol əzələlərimi necə gücləndirdiyini hiss etmişəm. Bütün bunlara görə usanmamışam. Paytaxt universitetlərində saat hesabı dərs deyərək, eyni vaxtda hər həftənin cümə və şənbə günlərini də Lənkəran Dövlət Universitetində (2007-2008) dərs deyib bazar günü yenidən Bakıya qayıddığım illər də olub. Gecə saat 12-də yola düşən qatarda yatıb səhər saat 8-də ora düşmək kimi qrafikim yox idi. Qatar mənim üçün sadəcə dəmir təkərli kitabxana funksiyasın yerinə yetirirdi. Bir kitabı hər səfərdə tamamlayardım. Hər dəfə rayon gəncləri üçün Bakıdan apardığım hədiyyəlik kitablarla da onları da çox sevindirməyə çalışardım. Bunu zövq alaraq və məmnunluğumu içdən yaşayaraq edirdim. Özümü onların yerinə qoyaraq bunu daxili tələbatım olaraq edirdim. Bunu qəhrəmanlıq saymıram. Sadəcə hər bir müəllimin edə biləcəklərini edirdim. Hətta aldığım əməkhaqqının yarısını bu işlərə sərf etdiyimi də təəccüblə qarşılayanlar olurdu. Əslində, mən o zaman hiss edirdim ki, tələbələrin təmiz dünyalarında buraxdığım izlər və peşəmə münasibətim öz vicdanımın qarşısında müəllim andını pıçıltı ilə içməyi ifadə edirdi. Bu gün isə həmin andı ictimai yerdə və universitet rəhbərliyinin qarşısında etdim. İllər öncə vicdanım və dünyagörüşüm qarşısında içdiyim and mənəvi öhdəlik və məsuliyyət anlamında idi. Amma rəsmi rəhbərlik qarşısında içdiyim bu günkü and isə daha çox hüquqi öhdəlik və məsuliyyət doğrur. İçdiyimiz andın mətni qürurvericidir: "Azərbaycan Respublikası Konstitsiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm.” Müəllim ləyaqətini uca tutmaq and öhdəliyidir. Ona layiq olmaq isə daha çox mənəvi məsuliyyət və nümunəvi davranış tələb edir. Ləyaqətə hörmət qoyulmasın istəyiriksə, ilk növbədə peşəkar müəllim olmalıyıq. Çünki, peşəkar müəllimin etdikləri bir ölkə üçün milli tale formalaşdırmaq gücündədir. Vaxtı ilə dahi filosof Platon deyirdi ki, bir çəkməçi ola bilsin bir nəfər afinalıya ziyan gətirər, amma öz işini bilməyən savadsız müəllim bütün Yunanıstana bəla gətirər. Bu konteksdə müəllimin məsuliyyəti və etik kodeksi daha fərqli qavranılmalıdır. Hətta onun missiyası da ölçüyə gəlməz və zamanı önləmək missiyasıdır. Vaxtı ilə müəllimlərimizin əkdiklərini indi biçdiyimiz kimi, indi də müəllim olaraq bizlərin əkdiklərimizi sabah biçəcəklər. Bu estafet dərsi müəllimlərin nəsillərarası ötürülmə ənənəsinin olması ilə bağlıdır. Bu ənənənin isə əbədiyaşar olması müəllimlik peşəsini maddiləşdirən simvolların olması ilə də bağlıdır. Müəllimi simvollaşdırmaq üçün dünyanın bir çox ölkələrində monumental abidələr ucaldılması artıq bir ənənə halın alıb. Qardaş Türkiyədə, İspaniyada, Finlandiyada, Polşada və digər dünya ölkələrində analoji abidələr mövcuddur. Bunlara şəhərin mərkəzi hissələrində və təhsil müəssisələrinin qarşısında rast gəlmək mümkündür. Ona görə də müəllim haqqında düşünərkən onun simvollaşdıran monumental abidələr haqqında da düşünmək yerinə düşər.
Müəllim haqqında pafoslu sözlər deməklə iş bitməz. Nümunəvi müəllim və ləyaqəti uca tutulan şəxsiyyətin qoyduğu izlərdən qürurlanmaq istəyiriksə, ilk növbədə onun hərtərəfli keyfiyyətli təminat sistemi yaratmalıyıq. Çünki, maddi və mənəvi amillər arasında qarşılıqlı əlaqə və asıllığın olması da danılmaz faktlardandır. Bunlardan biri digərini şərtləndirir. Uzun illər təhsil sistemində əməkhaqqının az olması səbəbindən kənar fəaliyyətlərdən gəlir əldə etmək məcburiyyətində qalmışam. Düzdür, mən bənnalıq etmirdim (H.Rəcəblinin təbirincə), amma çoxlsaylı tədqiqat proqramlarında iştirak edirdim. Müəllim işləyən zamanlar əməkhaqqının az olmasına görə çətinlik çəkdiyim zamanlar olub. Nəinki orta və ağır, hətta kiçik xərcləri belə qarşılamağa həmin əməkhaqqım yetmədiyi zamanlar olub. Bəzən bir ay ərzində neçə toya getmək məcburiyyətində qalsam da amma heç zaman ağlımın ucundan belə keçməyib ki, həmin günlər imtahandan hansısa ehtiyaca görə özümü çirkaba bulaşdırım. Çoxsaylı belə sınaqlara görə, nəinki peşəmə hörmətim azalıb, əksinə məhz belə olmamasına görə daha çox çalışmaq haqqında düşünmüşəm. Distillə olunmuş millət və onun bütün sosial qruplarının mənəviyyat əmsalının hər zaman yüksək olmadığı kimi onların fərdi keyfiyyətlərini ümumiləşdirmək də uğursuz cəhd olardı. Ona görə, anda sadiq qalan müəllimlərin problemlərinə daha çox sahib çıxmaq haqqında düşünməliyik. Hər birimizin təsəvvüründə müəllim anlayışı hansısa obrazın göz önündə canlanması ilə assosasiya olunur. Mənim üçün də belə şəxs olub. Şəmil Allahverdiyev adında mənim orta məktəb müəllimim olub. Ondan sonra oxuduğum 2 ali məktəblərin heç birində o miqyasda olan bilgisi və geniş mütailəsi olan müəllim görmədim. İndi də yaxın dostluq münasibətimiz olan Şəmil müəllim 85 yaşında olmasına baxmayaraq gündə 100-120 səhifə kitab oxumadan yatmasını özü də xatırlamır. O, mənim üçün müəllim etalonudur. Bu yerdə dərin fikir adamı Senekanın bir fikri yadıma düşür: "Kimin ki, müəllimi yoxdur, onun müəllimi şeytan olar!" O baxımdan mən özümü şanslı sayıram ki, belə bir müəllimim olub və ona bu yaşında belə gəzən ensklopediya kimi baxa bilirəm. Bu günkü tədbirdə rektorun (Ədalət Muradov) ədalət prinsipi və şəffaf seçim əsasında müəllim olaraq işə götürdüyü müəllimlərin qarşısında çıxışından qürur duydum. Bir ali təhsil müəssisəsinin rektorunun hamıya necə doğmalığının nümunəsini və sanbalını də gördüm bu gün. Müəllimi ucaldan rəhbər özü ondan daha böyük fərqlə ucalır həmişə. Müəllimi alçaldan və onunla mazoxistcəsinə davranan başqa bir rəhbər də onunla eyni "hörməti” bölüşdüyünü ifadə edir. "Bir milləti gözdən salmaq üçün onun müəllimini gözdən salmaq kifayətdir.” Anton Çexov məhz belə düşünürdü. Müəllimin isə gözdən düşməsinə nəinki imkan vermək olmaz, əksinə onun gözlərdə necə ucalmasını nail olmaq lazımdır. Gözlərdə-nəzərlərdə ucalan insanın ləyaqəti ölçüyə gəlməz olur. Əslində bu digər uğur keyfiyyətlərin önündə gəlir. Psixoloq Edvard Li Torndayak təxminən bir əsr öncə parıldama effektini özünəməxsus səviyyədə səciyyələndirərək göstərmişdir ki, insanın ləyaqəti (sosial statusu, gözəllik) yerdə qalan digər keyfiyyətlərini "işıqlandırır”. Əslində parıldama effektinin kökündə şəxsin ədalət hissi və heç kimi güzəşt edilməyən ədalət anlayışı varsa, həmin insan artıq zaman üstüdür. Ədalət anlayışı bütün zamanların fövqündə duran dəyərdir. Dahi A. Smit özünün "Əxlaqi duyğular fəlsəfəsi” əsərində yazırdı ki, əgər ədalət aradan götürülsəydi, insan cəmiyyətinin böyük, nəhəng fabriki anında atomlara bölünərdi. Adam Smit həm ədalət tərəfdarı idi, həm də klassik siyasi iqtisadın banisi.
Andın mübarək əziz müəllim!
07.11.2015
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi