Xaləddin İsgəndərovun nümayəndəsini döydülər - İcra nümayəndəsindən polisə şikayət

img

20-11-2015 [12:32]


Vətəndaş evinə gələn icra nümayəndəsini döyüb.

Mia.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini, Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Kazımov döyülüb.

O, 6-cı Polis Bölməsinə şikayət edərək bildirib ki, M.Aslanov küçəsi, döngə 6-nın qarşısında orada yaşayan 1987-ci il təvəllüdlü Asiman Ağayev xuliqanlıq zəminində onu döyüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA