20-11-2015 [12:26]
Bəlli olduğu kimi, MTN ətrafında baş verən proseslərlə bağlı çoxlu sayda vəzifəli şəxslər həbs olunub. Rabitə və Informasiya Texnologiyaları Nazirliyinə aid məsul əməkdaşları da bu sıraya əlavə etsək, ümumilikdə təxminən 40-a yaxın şəxs bu və digər məqamlarla bağlı saxlanılıb. Lakin həbs olunan general və zabitlərin vəkillərinin kimliyi hələ də bilinmir.
Elə bir mənzərə yaranıb ki, sanki kütləvi informasiya vasitələrindən ehtiyat edərək bu məsələ cəmiyyətdən gizli saxlanılır. Hökumətin bu məsələdə maraqlı olmadığı da müşahidə edilir. Həmçinin, mətbuatla əlaqəli tanınmış vəkillərin həbs olunanların hüquqlarını müdafiə etməsinin qarşısının alındığı da gələn məlumatlar arasındadır.
Maraqlıdır, tanınmış vəkillər bu barədə nə düşünür? Onlara həmin vəzifəli şəxslərin vəkili olması barədə müraciət olunubmu?
Tanınmış vəkil Elçin Sadıqov söyləyir ki, sözügedən məsələylə bağlı ona heç bir müraciət olunmayıb. Elçin bəy bunun müəyyən səbəbi olduğunu da bildirir:
"Ümumiyyətlə, Eynulla Fətullayevin, Aqil Xəlilin, həmçinin, Pərviz Həşimlinin işində onlar belə desək, məndən incimişdilər. Ona görə də hazırda həbs olunanların hüquqlarını müdafiə etmək barədə mənə müraciət olunmayıb”.
Vəkil Toğrul Babayev də sözügedən məsələylə bağlı ona müraciət olunmadığını söyləyir.
Tanınmış vəkil Əyyub Kərimov isə Vəkillər Kollegiyasının üzvü olmadığını deyərək cinayət işlərinə vəkil kimi yalnız Kollegiyanın üzvləri olanların çıxdığını söyləyir. Əyyub bəy cinayət işlərinə Vəkillər Kollegiyasının üzvü olmayanların vəkil kimi çıxmasının qanunla qadağan olunduğunu bildirir:
"Mən də bu barədə mətbuatda oxumuşam ki, tanınmış vəkillərə həbs olunanların hüquqlarını müdafiə etməyə imkan vermirlər. Görünür, tanınmış vəkillərin həmin işdə olan informasiyanı nə vaxtsa ictimailəşdirəcəyindən ehtiyat edirlər. Yəqin tanınmamış, cəmiyyət içində o qədər də öz sözü, mövqeyi olmayan şəxslərin onları müdafiə etməsi lazım bilinir. Elə bir hal varsa, istintaq təqsirləndirilən şəxsin iradəsinin ziddinə gedirsə, həmin şəxsin istədiyi vəkili seçməyə tam ixtiyarı var. Şəxs hüquqlarını hansı vəkilin müdafiə etməsini özü müstəqil olaraq seçir. Ona qarşı maneə varsa, buna çox pis baxıram”.
Tanınmış vəkil Əshabəli Mustafayev həbs olunan vəzifəli bir şəxsin hüquqlarını müdafiə etmək barədə ona müraciət olunduğunu söyləyir. Əshabəli bəy həbs olunan şəxsin yaxınlarına özünün bu prosesdə iştirakına müxtəlif bəhanələrlə imkan verilməyəcəyini izah etdiyini də bildirib:
"Əsas olaraq deyim ki, mənə olan müraciətdən imtina etdim. Vəkilin borcudur ki, hər bir şəxsin şəxsiyyətindən, etdiyi əməldən asılı olmayaraq onun hüquqlarını müdafiə etsin. Lakin vəkilin bu vəzifəsi müqavilə bağlanandan sonradır. Xatırladım ki, mən MTN-də bir neçə işdə iştirak etmişəm və ordakı haqsızlıqları, qanunsuzluqları görərək bütün bunların şahidi olmuşam. Onların nələr etdiyini əyani şəkildə görmüşəm. Ona görə də hazırda həbsdə olan şəxsləri müdafiə etmək istəmirəm. Hesab edirəm ki, buna mənim mənəvi haqqım var. Həmçinin, hazırda buna vaxtım da yoxdur. Çünki son il yarımda demək olar ki, heç bir işə çıxmıram, əsasən Avropa Məhkəməsiylə işləyirəm və yazışmalar aparıram. Ona görə də sözügedən məsələylə bağlı mənə olan müraciətdən imtina etdim… Bir məqamı da vurğulamaq istərdim. Dünən bizə basqılar edən, güdən, izləyən, telefon danışıqlarını dinləyən bu şəxslər son məqamda yenə də müdafiə üçün bizə müraciət edirlər. Bu, sevindirici haldır və əminəm ki, əvvəl-axır bütün mənfi tendensiyaların axırı belə bitəcək”.
Vəkil Adil Ismayılov söyləyir ki, ona bu məsələylə bağlı müraciət olunsa da, həmin şəxsin vəkili olmaqdan imtina edib. A.Ismayılov qeyd edir ki, onda olan məlumata görə kim istəyir özünə vəkil tutur və bu məsələyə maneçilik, problem yaranması faktına rast gəlməyib.
Tanınmış vəkil Aslan Ismayılov qeyd edir ki, Vəkillər Kollegiyasından xaric olunduğu üçün ona heç müraciət edən yoxdur.
azadliq.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi