20-11-2015 [11:31]
Respublikamızda dövlət tibb müəsissələrində göstərilən tibbi xidmətlər pulsuz olsa da, bəzi xəstəxana rəhbərləri bu qaydaya qətiyyən riayət etmir.
Deyirlər, rüşvətxoru müəyyən eləmək çətin məsələdir. Çünki, bu alış-verişin gizli məqamları görünən deyil. Sumqayıt 2 saylı doğum evində isə rüşvətxorluq hallarını axtarmağa bəlkə də heç ehtiyac belə yoxdur. İnsafən, xəstəxana kifayət qədər yüksək səviyyədə təmir olunub və yaxşı şərait yaradılıb..
Necə deyərlər, görünən dağa nə bələdçi? Doğum evindəki "dağ boyda” açıq alveri az qala normaya çevirmiş baş həkim İmmi Ələkbərova deyəsən hörmətli səhiyyə nazirinin zaman-zaman səslənən acı etiraflarından nəticə çıxartmaq fikrində olmayıb. Korrupsiyaya qarşı bütün ölkə ilə birlikdə mübarizə aparıldığı indiki günlərdə doğum evində ginekoloqdan tutmuş tibb bacısınadək əksər səhiyyə işçiləri rüşvətin girovuna çevrilib.
Şikayətçilərin bildirdiyinə görə, 2 saylı Doğum Evində rüşvətxorluq o həddə çatıb ki, burda pul verməsən heç adamın üzünə belə baxmırlar. Doğuş prosesi bu xəstəxanada sanki qanuna uyğun şəkildə müəyyən olunmuş qiymətlərlə həyata keçirilir. İlkin araşdırmalar göstərdi ki, buraya gələnlərin analıq sevinci 350-700 manat civarında ölçülür. Analar doğum evində nə qədər çox qalırsa, bir o qədər "sutoçnı" ödəyir. Apardığımız araşdırmadan aydın oldu ki, buradakı bəzi qəssabsifət həkimlərin xofu qarşısında "şirinlik” ödəmək məcburiyyətində qalan valideynləri körpəsinin taleyi daha çox narahat edir.
Məsələn, bu müəssisənin qəbul şöbəsində doğuşa gələn xanımlardan təbii doğuş üçün 350, qeysəriyyə 650 manat məbləğində ödəniş etmək tələb olunur. Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin az hissəsi doğuşu qəbul edəcək həkimə, müəyyən hissəsi kiçik personala və çox hissəsi isə keçmiş baş həkim İmmi Ələkbərovaya çatırmış. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir. İş bununla bitsə, dərd yarıdır. Hələ qeydiyyat pulu, xəstəni görmək pulu, yemək və əşya daşımaq pulu, lazım oldu-olmadı təyin olunan dərmanların pulu...
Şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır. Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 50 manata qədər pul xərclənir.
Xəstəxanada üstünlüyü "salam" verən xəstələrə verirlər, digər xəstələr isə bir kənarda qalır.
2 saylı doğum evində hökm sürən belə mənzərə nədənsə, səhiyyə şöbəsinin müdirinin diqqətindən kənarda qalmışdı. Bunun səbəbləri bizə aydın deyil. Əsas vəzifəsi dünyaya pulsuz-parasız insan gətirmək olan tibb ocağından rüşvətin yığışdırılması əlbəttə, həmdə şəhər səhiyyəsi rəhbərliyinin də işgüzar nüfuzuna xidmət edərdi. Şəhər icra hakimi Zakir Fərəcovun məsələyə müdaxiləsi,bundan sonra rüşvət girdabında batanlara dərs olacağına ümid edirik(xeberle.com).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi