20-11-2015 [09:18]
Qarakənd faciəsi və ya 20 noyabr hadisəsinin növbəti ildönümüdür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus "Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub.
20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları, millət vəkilləri həlak oldular. Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki, həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da vertolyotda olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün vertolyotdakı qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…
Əvvəl rəsmi variant səsləndi: vertolyot dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və "Mi-8”i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin "Mi-8”in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var.
İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan "Mi-8”i silahlı mühafizə vertolyotu müşayiət etmirdi?
Niyə onların hamısı bir vertolyotda idi?
Bütün bunlar mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
1991-ci il noyabrın 20-də "Mi-8” hərbi vertolyotunda həlak olanlar:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov - DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirininmüavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi