19-11-2015 [22:55]
Beynəlxalq Avrasiya Mətbuat Fondundan Mia.az-a verilən məlumata görə,
Bakı Ali Neft Məktəbində təşkil olunan tədbiri giriş sözü ilə açan təşkilatın sədri Aysəba Umutlu 2011-ci ildə keçirilən 1-ci forumdan ötən dövr ərzində BBTK-nın uğurlu və yadda qalan layihələrindən danışaraq bu ilki forumun təşkilində Bakı Ali Neft Məktəbinin rəhbərliyinin dəstəyini xüsusi qeyd edib. Forumun əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi gəncləri bir araya gətirmək, onlara özünü ifadə etmək imkanı vermək, layihənin icrası zamanı əcnəbi tələbələrin problemlərinin araşdırılması və maraq dairələrini öyrənmək, azərbaycanlı tələbələrlə əcnəbi tələbələr arasında ünsiyyətin möhkəmlənməsinə xidmət edən tədbirləri təşkil etməkdir. Bu gün Azərbaycanda 58 ölkənin 5 minə yaxın vətəndaşı təhsil alır. Əgər 1-ci forumda 18 ölkədən 200-ə yaxın tələbə iştirak edirdisə, bu gün həm ölkələrin, həm də iştirakçıların sayı xeyli artıb. Beləliklə, bu gün 2-ci forumda 25 ölkədən 300-dən çox tələbə iştirak edir.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, müxtəlif ölkələri təmsil edən tələbə gənclərin BANM-də bir araya gəlməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Azərbaycan ali təhsil müəssisələrinin hər zaman dünyadakı kadr hazırlığına öz töhfələrini verdiyini deyən rektor E.Qasımov ümummilli lider Heydər Əliyevin bu sahədə hələ keçən əsrin 70-ci illərində böyük işlər apardığını diqqətə çatdırdı. Elmar Qasımov Azərbaycanda həmin dövrdə təhsil alan əcnəbi tələbələrin daha sonra öz ölkələrində yüksək vəzifələr tutduğunu xatırlatdı. Rektor çıxışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu gün bu işləri uğurla davam etdirdiyini vurğuladı. Elmar Qasımov əcnəbi tələbələrə Azərbaycanın onların ikinci Vətəni olduğunu dedi. O, forumun işinə uğurlar arzuladı.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun təşkilatçılarına təşəkkür edərək, belə əlamətdar tədbirin keçirilməsində verdiyi dəstəyə görə BANM-in rektoruna minnətdarlığını bildirdi. O, həyatının bir neçə ilini Azərbaycanla bağlayan, təhsil əldə edərək, peşəkar kadrlar kimi yetişərək formalaşan əcnəbi tələbələrin Azərbaycan tarixini və mədəniyyətini öyrənmələrini və öz ölkələrinə döndükdən sonra təbliğ etmələrini tövsiyə etdi. O, forumun işində uğurlar arzulayaraq, forum iştirakçılarını təbrik etdi.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev forumun işində uğurlar arzuladı. Gələcəkdə belə tədbirlərin davamlı olacağına ümidvar olduğunu bildirdi.
"Təklif bizdən, dəstək sizdən” devizi altında keçirilən forumda Bakıda təhsil alan əcnəbi tələbələr daha çox Beynəlxalq Gənclər Mərkəzinin yaradılması, onlar üçün heç olmasa bir tələbə yataqxana binasının tikilməsini, bəzi tələbələrə dərsdən sonra qısamüddətli işləmək imkanının verilməsi, yaradıcı və istedadlı tələbələr üçün sərgilərin, eləcə də Azərbaycanı daha yaxından tanımaq məqsədi ilə xüsusi turların təşkil edilməsi kimi təkliflərlə çıxış ediblər. Səslənən təklif və fikirlər ətrafında gedən müzakirələrdə aidiyyatı qurumun nümayəndələri əcnəbi tələbələrin suallarını cavablandırıb.
Azərbaycan mədəniyyətinə yüksək qiymət verən əcnəbi tələbələrin ifasında səslənən mahnı və rəqslər forumun gedişinə bir az da rəng qatıb.
Sonda, təhsildə əldə etdiyi uğurlara, BBTK ilə sıx əməkdaşlığa, universitetlərin ictimai həyatında fərqləndiyinə görə bir qrup tələbəyə BBTK-nın xüsusi diplom, eləcə də hədiyyələri təqdim olunub. Əlavə olaraq Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Forumda ən yaxşı çıxış edən əcnəbi tələbələrin bir qrupunu mükafatlandırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi