19-11-2015 [15:13]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikada Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, qurumun qarşısında duran əsas vəzifələrdən biri də təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini, mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdən ibarətdir. Bu işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Yeni texnologiyaların istehsalata tətbiqi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir.
Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin müfəssəl elektron kadastr məlumat bazası yaradılıb, onların rəqəmsal kadastr xəritələri tərtib edilib. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb. Burada hər iki şəhər üzrə bütün daşınmaz əmlak obyektləri barədə məlumatlar, torpağın sahəsi və ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əks olunur. Bu göstəricilərə tikilinin balans saxlayıcısı, kommunal-təchizat vəziyyəti, mərtəbəliliyi, hər bir mənzilin texniki pasportuna dair məlumatları, istismar ili, ünvanı və s. aiddir. Hal-hazırda Gəncə şəhərində və Şəki rayonunda da bu işlər görülür və 2016-cı ilin birinci yarımilliyində bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaqdır. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq.
Qeyd olunmalıdır ki, bu işlərlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb.
Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq. Sistem geo-məkan infrastrukturunun inkişafını, bu sahədə dövlət və biznes qurumlarının qarşılıqlı, səmərəl və şəffaf əlaqəsini təmin edəcək.
Ölkənin 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi müvəffəqiyyətlə icra olunmaqdadır və bu iş yaxın 4 ay ərzində başa çatacaq.
Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, komitə tərəfindən böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır, rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir.
Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə hazırlıq gedir.
Komitə tərəfindən davamlı olaraq inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi işi aparılır.
Uçot Sisteminin proqram təminatının yaradılması işinə başlanılıb və bu işin yaxın 8 ayda yekunlaşdırılması nəzərdə tutulub.
Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir.
Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması nəticəsində torpaqların sənədlərindəki göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq. Torpaq ehtiyatlarının idarə edilməsinin dövlət mexanizmi təkmilləşəcək, dövlət nəzarəti daha effektiv həyata keçiriləcək. Ölkədə torpaq bazarının stimullaşdırılması, şəffaf fəaliyyəti, qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatına cəlb olunması məsələlərində informasiya bazası rolunu oynayacaq. Torpaq bazarının bu sistemlə tənzimlənməsi icarəyə götürülmüş, lakin istifadə olunmayan hektarlarla torpaqların aşkarlanmasına və istifadəyə verilməsinə şərait yaradacaq.
Bundan əlavə, sistem respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasını, daşınmaz əmlakın qeydiyyatı işinin sadələşməsini təmin edəcək. Torpaq sahəsinə dair "plan-ölçü” sənədinin gələcəkdə elektron xidmət vasitəsilə verilməsinə, əmlak vergisinin təyini və toplanması işinin təkmilləşməsinə və digər mühüm məsələlərin həllinə səbəb olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi