19-11-2015 [14:09]
"Milli Məclisdə təklif edəcəm ki, bankirləri yığıb toplantı keçirək və baxaq görək onların dərdləri nədir. Azərbaycanda niyə problemli kreditlər bu qədər artır? Banklar əhalidən 9-10%-dən əmanətlər götürür və 30-35%-dən kredit verir. Bankın 20-25% xərci ola bilməz. Bu məsələ çox ciddi diqqət yetirmək lazımdır”.
Mia.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov söyləyib. Onun sözlərinə görə, ölkədə qaytarılmayan kreditlərin həcmi hər ötən ay artır və bunun qarşısı alınmalıdır: "Bilirsiniz ki, prezident bu məsələyə toxunub, amma təəssüf ki, kreditlər azalmaq bilmir. Qaytarılmayan kreditlər artıq 1,4 mlrd. manata çatıb. Bu hal Azərbaycanın maliyyə vəziyyəti üçün problemlər yaradır. Gecikdirilən kreditlər içərisində elə kreditlər var ki, bəlkədə onların qaytarılma imkanı sıfıra bərabərdir. Bütün bunlar araşdırılmalıdır. Bank özü də məsuliyyət daşımalıdır. Kredit hansı məqsədlə verilibsə, buna nəzarət edilməlidir. Biznes üçün verilən kreditlərdən gedib müştəri maşın və ya ev alırsa bu, sonda arzuolunmaz vəziyyətə gətirib çıxarır. Əgər biz bankların dəqiq problemlərini bilsək onlara hansı maliyyə yardımı məsələsini də qaldıra bilərik”.
Millət vəkili vurğulayır ki, bank kredit faizini 30-35%-ə verir və sonradan bunu qaytarmaq qeyri-mümkün hala çevirilir. Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi qərarlar verib: "Bu qərarlar onun üçündür ki, Azərbaycan gələcəkdə iqtisadi problemlərlə üzləşməsin. Neftin qiyməti yenə ucuzlaşır və bu, manatın növbəti devalvasiyasına gətirib çıxara bilər. Bir tərəfdən də problemli kreditlər əngəllər törədir.
Azərbaycanda bank sektoru normal işləməsə ölkə iqtisadiyyatı üçün problemlərin yaranması qaçılmaz olacaq. Ehtiyyac varsa qanunlara dəyişiklik edilməlidir və problemin həlli istiqamətində iş aparılmalıdır. Bank sisteminə inamı qaytarmaq lazımdır. Vaxt var idi banklara qoyulan əmanətlərin 75%-i manatla idi, indi isə tərsinədir. 75% əmanətlər xarici valyutada saxlanılır. Əhalinin manata olan inamını artırmaq lazımdır. Bunun üçün də banklar müəyyən güzəştlərə getməlidir”.
Vahid Əhmədov hesab edir ki, Azərbaycanda maliyyə amnistiyasına ehtiyac var. Komitə üzvü bildirir ki, ölkədə çoxları öz vəsaitlərini xaricdə saxlayır. İnsanlar pullarından Azərbaycanda istifadə etməyə qorxurlar: "Maliyyə amnistiyası ilə bağlı qanun qəbul edilməlidir və orada göstərilməlidir ki, vətəndaş bu sahələrdə vəsaitini istifadə edə bilər. Biz elə etməliyik ki, vətəndaşlarımız xarici ölkələrə investisiya yatırımı etməsin. İnsanlar əlindəki pulu ölkəmizdə hansısa biznes sahəsinə yönəltməlidir”.
Millət vəkili bildirib ki, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna baxmaq lazımdır. Lazım gələrsə bəzi güzəştlərə gedilməlidir: "Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa ona güzəştə getmək lazımdır. Siyahını artırmaqla Azərbaycan üçün heç bir müsbət nəticə əldə etməyəcəyik. Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlarda 1,4 mlrd. kredit olduğunu bildirmək Azərbaycanın maliyyə imici üçün də mənfi haldır. İlbəil problemli kreditləri artıra-artıra hara gedirik? Bunun qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi