19-11-2015 [13:27]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə əlaqədar Rəyasət Heyətinin geniş iclası keçirilib.
AMEA-dan Mia.az-a daxil olan məlumata görə, iclasda AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun Prezident İlham Əliyevin "Ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi" ilə bağlı səsləndirdiyi fikir ətrafında çıxışı dinlənilib.
Qərib Məmmədov deyib ki, respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından aqrar sahəyə xüsusi diqqət yetirilir:
Ölkəmizdə aqrar sahənin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən akademik Qərib Məmmədov respublikamızda aqrar islahatların aparılması, kənd təsərrüfatı məhsullarının istehsal şəraitinin yaxşılaşdırılması, Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması və yeni aqrar münasibətlərin formalaşmasının müasir tariximizin ən önəmli səhifələrinə çevrildiyini bildirib.
Akademik vurğulayıb ki, hazırda Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə tam nail olunmasını mühüm hədəflərdən biri kimi müəyyənləşdirib: "Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd kimi daxili imkanlar hesabına kənd təsərrüfatı məhsulları ilə özünütəminata nail olmaqla Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır. Şübhəsiz, bu strategiyanın reallaşdırılmasında elmin yaxından iştirakı olduqca vacibdir".
Akademik Qərib Məmmədov son illərdə aqrar sahənin elmi təminatında da xeyli dönüş yarandığını nəzərə çatdırıb. Prezident İlham Əliyevin bu sahəyə qayğısının nümunəsi kimi Sərəncamla təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda aqrar elmin əsas məqsədlərinin göstərildiyini, Prezident fərmanının icrasından irəli gələrək Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsinin yaradıldığını vurğulayıb. Həyata keçirilən tədbirlərin aqrar sektorun təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi istiqamətində alimlərin birgə fəaliyyətlərini təmin etməklə qarşıya qoyulmuş məqsədlərə yönəldilməsi zərurətindən yarandığını qeyd edib.
Akademik bildirib ki, son illər bölmənin tərkibinə daxil olan Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarında ciddi elmi-nəzəri və təcrübi-innovativ tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib. Rəhbərlik etdiyi bölmənin institutlarında müasir avadanlıqlardаn istifаdə etməklə yeni metodlarа yiyələnməsi nəticəsində dünya standartları səviyyəsində tədqiqatlar aparıldığını, mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.
Qeyd edək ki, Qərib Məmmədov bu ilin fevral ayına qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. Həmin ay da prezident fərmanı ilə komitə ləğv edilib və akademikə başqa vəzifə verilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi