«Sumqayıt ölkəmizdə “yaşıl şəhər” konsepsiyasını tətbiq edən ilk şəhər ola bilər” - İqtisadçı

img

18-11-2015 [23:23]


«Sumqayıt Azərbaycanın post-neft dövrünə töhfəsini ölkəmizdə və bütün regionda "yaşıl şəhər” ("green city”) konsepsiyasını tətbiq edən ilk şəhər olaraq verə bilər."Yaşıl şəhər” konsepsiyası sadəcə olaraq ağaclarla və kollarla yaşıllaşdırılmış sahələrin genişlənməsini nəzərdə tutmur. "Yaşıl şəhər” eyni zamanda istehlak olunan enerjisini əsasən ekoloji təmiz və yenilənəbilən mənbələrdən alan və resurslarını israf etməyən, tullantıların səmərəli idarə edildiyi, ictimai nəqliyyat sisteminin atmosferə neqativ təsirinin minimuma endirildiyi, su və torpaq resurslarının optimal istifadə edildiyi dayanıqlı inkişaf edən şəhərdir.»

Xeberle.com xəbər verir ki, bu sözləri sumqayıtlı iqtisadçı- alim Kənan Aslanlı sumqayixtxebere müsahibəsində deyib.

K. Aslanlı bildirib ki, Sumqayıtda nəql edilərkən itən su 2010-cu ildə 7 milyon kub metr olduğu halda 2014-cü ildə 34 milyon kub metrə yaxın olub. Maddi vəsait itgisinə səbəb ola bilən bu kimi göstəricilərin bir növ "risk xəritəsi” hazırlanıb göstəricilər mütləq kritik səviyyələrdən xüsusi tədbirlər planı ilə aşağı endirilməlidir: "Bütün istismar dövründə ("life-cycle”) istilik sistemlərindən təhlükəsizlik sistemlərinə, işıqlandırmadan binanın tullantılarının toplanmasına qədər bütün prosesləri informasiya sistemləri vasitəsilə ən optimal şəkildə idarə edilən və ətraf mühitə neqativ təsiri minimallaşdıran "ağıllı bina” ("smart building”) konsepti Sumqayıtda tətbiq olunmağa başlasa bu sahədə tədricən ixtisaslaşan yerli şirkətlər daha sonra regional layihələrə də cəlb oluna bilərlər. Bundan başqa Sumqayıtda ödənişli ixtisaslaşmış təhsil xidmətlərini planlı şəkildə bir sektor olaraq inkişaf etdirmək olar. Dünyada getdikcə böyüyən "konfrans turizmi” sektoru beynəlxalq miqyaslı işgüzar toplantıların, konfransların, sərgilərin və digər bunkimi tədbirlərin keçirilməsi sayəsində yaranan çox böyük gəlirlərə sahibdir. Türkiyə bir ildə konfrans turizmindən 2.5 milyard dollar gəlir əldə edir. Belə hesab edirəm ki, Sumqayıtda iri konfrans mərkəzlərinin tikintisi və xidmət səviyyəsinin yüksəldilməsi ilə şəhərin tarixən ixtisaslaşdığı kimya sektoruna aid hər il qlobal miqyaslı tədbirlər həyata keçirmək mümkündür. Bunu bir sıra müasir mədəniyyət sahələrində də uğurla etmək mümkündür. İnformasiya-kommunikasiya texnologiyaları, dənizkənarı ərazinin modernləşməsi sayəsində turizm və bəzi digər sahələrdə regional klasterləşmə mümkündür.”

- See more at: http://xeberle.com/az/view/17488/iqtisad-sumqayt-lkemizde-yasl-seher-konsepsiyasn-tetbiq-eden-ilk-seher-ola-biler/#sthash.MKXgi6rO.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA