18-11-2015 [20:12]
MTN-in soyduğu iş adamlarından biri Maqsud Mahmudov "Azəriqazbank”a 2009-cu ildə qızıl-brilyantları girov qoymaqla bankdan 1 milyon manata yaxın kredit götürüb.
Mia.az xəbər verir ki, iş adamı musavat.com-a açıqlamasında 2 illik kredit müddətinin bitməsinə bir neçə ay qalmış "Azəriqazbank”a çağırıldığını bildirib:
"Pulu vaxtında ödəyirdim, gecikmə olmurdu. Mən sizin qəzetin saytında bankın zərgər-qiymətləndiricisinə qulaq asdım. O, düz deyir. 2011-ci ildə mənə xəbər verirlər ki, sizin malları (banka girov qoyulmuş qızıl-brilyantları nəzərdə tutur- E.M) baş ofisə aparıblar. Səbəbini mənə izah etmirlər. Dedilər ki, MTN apardı. Bankın işçisi mənə zəng edir, deyir ki, malları ora aparıblar. Bir müddət sonra məni bankın zərgəri yığdı. Dedi ki, orada malları açıblar. Mənim nümayəndəm İlham Əsədov ora gedəndə artıq malları açıb töküblər ortalığa. Ona görə orada iştirakdan imtina edir. Arif Piriyev bankın zərgəridir. O, görür ki, malları açırlar, yaxın durmur. Arifi aparırlar MTN-ə. Ona deyirlər ki, de ki, bu qaşlar şüşədir. O da deyir ki, mən necə deyə bilərəm ki, o qaşlar şüşədir? Arif bunu demir. Sürücümü MTN-ə aparıb döyürlər. Mən bankın baş ofisinə gedib məsələni aydınlaşdırmaq istədim. Oradan çıxandan sonra tutub MTN-ə apardılar. Orada Fizuli adlı işçi deyir ki, ticarətçisən. Məni soyub buraxırlar”.
M.Mahmudov deyir ki, 2009-cu ildə banka girov kimi təqdim etdiyi brilyantlar şüşə ilə əvəzlənərək ona qaytarılıb. Özünə isə hədə-qorxu gəlinib. Buna görə də Eldar Mahmudov vəzifədə olduğu illərdə şikayət etməyib.
Bu il noyabrın 13-də "Azəriqazbank”ın idarə heyətinin sədrinə teleqram vurub və ona şüşə ilə əvəzlənən brilyantların geri qaytarılmasını tələb edib:
"Zərgər Arif Piriyev də dediklərimi təsdiqləyir. Hamı bilir ki, Çingiz Əsədullayev Eldar Mahmudovla şərikdir. Tək mən deyiləm, mənim kimi yüzlərlə adam var. Mənim itirəcəyim bir şey qalmayıb, hər şeyim əlimdən gedib. "Azəriqazbank”dan Rizvan adlı şəxs zəng edib deyir ki, qaşların qiyməti nə qədərdir. Dedim, mənə pul lazım deyil. Mənim brilyant qaşlarım niyə Eldar Mahmudovun balonundan çıxmalıdır? Mətbuatda gedir ki, Eldar Mahmudovun evindən balonlarla brilyant çıxıb. Həmin o daş-qaşlar, mənim kimilərin əlindən alınan insanlarınkıdır. Şər atırıq? 2012-ci ildə Çingiz Əsədullayevə müraciət etmişəm. Teleqram vurmuşam. İndinin söhbəti deyil. Mən haqqımı tələb edirəm”.
Qeyd edək ki, 1 ay əvvəl vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkəyə idxal olunan digər mallarla yanaşı, qızıl və brilyantın inhisarçısı olması haqda illərdir ki, məlumatlar dolaşırdı. O, tutduğu postdan uzaqlaşdırılandan sonra mətbuatda bu məlumatları təsdiqləyən ifadələr yayıldı. Qızıl və brilyant biznesi ilə məşğul olan iş adamları Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq başlarına açılan oyunları dilə gətirməyə başladılar. Məlum oldu ki, nazirin razılığı ilə qaş-daş sektoruna bu və ya digər formada aidiyyatı olan hər kəs "mahmudovçu”ların diqqət mərkəzində olub. İş adamları ən müxtəlif adlar altında MTN-ə aparılıb, onlardan şantaj yolu ilə böyük məbləğdə pullar alınıb. Belə şəxslərdən biri də iş adamı Maqsud Mahmudov olub. MTN-ə dəvət edilən iş adamından "mahmudovçu”lar şantaj yolu ilə 250 min dollar aldıqları haqda məlumat vermişdik. İndi məlum olur ki, M.Mahmudovdan alınan təkcə bu məbləğ olmayıb. Onu Eldar Mahmudovun yaxını Çingiz Əsədullayevə məxsus "Azəriqazbank”a girov qoyduğu qızıl-zinət əşyalarına görə də MTN-ə aparıb başına oyun açıblar. M.Mahmudovun banka girov kimi qoyduğu 5 karatlıq brilyant qaş şüşə qaşla əvəzlənib. Bu əməldən şikayətçi olan iş adamı "mahmudovçu”lar tərəfindən saxlanıb, ondan 30 min manat alıblar, özünü də şikayətçi olmamasını "tövsiyə” etməklə azad buraxıblar.
Xatırladaq ki, "Azəriqazbank”ın qiymətləndirici-zərgəri Arif Piriyev "Yeni Müsavat”a müsahibəsində M.Mahmudovun girov qoyduğu brilyantların həqiqi olduğunu söyləyib. O, bankda baş verənlərdən sonra oradan uzaqlaşdığını da videomüsahibəsində deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi