18-11-2015 [15:27]
Keçmiş rabitə naziri Nadir Əhmədov "MTN işi” ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verənlər, nazirliyin yüksək vəzifəli şəxslərinin həbsi, Əli Abbasovun nazir postundan uzaqlaşdırılması ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
Sabiq nazir illər əvvəl birgə çalışdığı rabitəçilərin əməllərindən çox təəssüfləndiyini deyib:
"Gərək bunlar baş verməyəydi. Çünki baş verənlər rabitəçilərin adına xələl gətirdi. Rabitə Nazirliyində heç vaxt belə hallar olmayıb. Hesab edirəm ki, bütün baş verənlərin səbəbkarı hörmətli alim, sabiq nazir Əli Abbasovun öz ardınca aparat rəhbəri gətirdiyi Vidadi Zeynalovdur.
Bəli, nazirlikdə baş verən bu hallara şərait yaradan Vidadi Zeynalov olub. Vidadi özü rabitəçi deyildi. Mən o vaxt "Baqotel”də işləyəndə o da "Domsovet”də çalışırdı. Oradan da qanun pozuntularına görə qovulmuşdu. Onun yeri Rabitə Nazirliyi deyildi. O, ancaq pozuntu işlərini bacarırdı. Rabitədən başı çıxmırdı. Alim Əli Abbasovun ən böyük səhvi Vidadi Zeynalovdur”.
Sabiq nazir deyib ki, kiminsə danışıqlarını dinləmək dövlət qanunlarının pozulmasıdır:
"Düşünəndə belə, adamın ağlına gəlməyən hallardır. Korrupsiya faktlarına gəldikdə, buna da inana bilmirəm. Ümumiyyətlə, rabitəçilər təmiz adam olublar. Onların əksəriyyəti mənimlə birgə çalışanlardır. Təbii ki, meşə çaqqalsız olmaz. Mən onların çoxunu yaxşı mütəxəssis kimi tanıyırdım. Qurumun və işçilərin birdən-birə korlanması, qanunları pozması, dövlətin vəsaitini mənimsəməsi ağlasığmayan, yol verilməyən haldır, onlar da bunu ediblər. Amma yenə deyirəm, rabitəçilərin içərisində vicdanlıların sayı çoxdur”.
Nadir Əhmədovun fikrincə, nazirlikdə vəziyyətin stabilləşməsi üçün çox böyük təmizləmə aparılmalıdır: "Amma nəzərə alaq ki, bu, 1-2 ilə düzələn deyil. Artıq rabitəçilər barədə mənfi imic formalaşdırdılar. Bu fikirlərin aradan qaldırılması asan məsələ deyil. Kimə yaxınlaşırsan, bu barədə danışır, nə qədər çalışıram uzaq olum, istər-istəməz mən də fikir bildirmək məcburiyyətində qalıram.
80-ci illərdə Azərbaycanda rabitəçilərin imici çox pis idi, hara gedirdin onları ələ salırdılar. Hətta mən özüm rabitəçi kimi bir çox məclislərə getməkdən imtina edirdim. Camaatın ağzını bağlamaq mümkün deyildi. Sevindiricidir ki, sonralar bu fikirlər daha səslənmədi, rabitəçilər hörmət qazanmağa başladı. Hətta insanların çoxu bu nazirlikdə çalışmaq üçün müraciət edirdi.
İnanıram ki, hər şey qaydasına düşəcək. Elə bir şey yoxdur ki, onu həll etmək mümkün olmasın. Hesab edirəm ki, rəhbərliyə gənc, bu işlərlə əlaqəsi olmayan, hətta əvvəllər bu insanlarla görüşməyən kadr gətirilməlidir”.
Keçmiş rabitəçi ölkədə İnternetin kəsilməsinə də münasibət bildirib. O qeyd edib ki, ölkədə İnternetin yoxluğu 7 saat çəkməməli idi: "İstənilən halda, ölkədə internetin bərpası yarım saatdan çox çəkməməli idi”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi