"Prezidentə qarşı bu cür hərəkətlər etmək..." - Aydın Bəşirov Eldar Mahmudovu təhqir etdi

img

18-11-2015 [13:17]


Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Mia.az xəbər verir ki,hazırda istintaqı davam edən "MTN işi” ilə bağlı məsələyə də toxunan A.Bəşirov xəzərnews.az-a bunları deyib: "Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA