Rabitə sektorunda daha bir həbs

img

18-11-2015 [11:57]


"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

APA-nın məlumatına görə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dünən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində də 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA