MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisinin villasında axtarış - FOTO

img

17-11-2015 [13:53]


MTN-nin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin Novxanıdakı dənizkənarı villasında axtarış aparılıb.


Bu barədə özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, prokurorluq əməkdaşları tərəfindən aparılan axtarış bir neçə saat davam edib. Axtarış nəticəsində "MTN işi” çərçivəsində mühüm əhəmiyyət kəsb edən bəzi sənədlərin aşkarlanaraq götürüldüyünü vurğulanır.

Məlumat üçün qeyd edək ki, M.Şıxəliyevin sözügedən villası Novxanı çimərliyində,əsasən laçınlı köçkünlərin məskunlaşdığı qaçqın düşərgəsinin yaxınlığındadır. Mənzərəsi bilavasitə dənizə açılan və içərisində bir neçə hovuzun olduğu villanın milyonlarla manat dəyərində olduğu iddia edilir.



Moderator.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA