Akif Çovdarovun ən qəddar əlaltıları...

img

17-11-2015 [11:55]


Milli Təhlükəsizlik Nazirliyinin həbs olunan keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun ən qəddar əlaltıları polkovnik-leytenant Vüqar Muxtarov və polkovnik Səlim Məmmədov olublar.

Məlumata görə bir çox iş adamları məhz onlar tərəfindən amansız işgəncəyə və qeyri-insani rəftara məruz qoyulublar. Vüqar Muxtarov və Səlim Məmmədov Akif Çovdarovun ən etibarlı adamları olub. MTN-də kök salmış kriminal qruplaşmanın "boz kardinalı” ən mühüm işlərin dalınca məhz onları göndərib.

Bildirilir ki, Muxtarov və Məmmədov iş adamlarının evlərində aparılmış qanunsuz axtarışlar zamanı qəsb olunmuş qızıl-zinət əşyalarını Gürcüstanda realizə etməklə də məşğul olublar.

Virtualaz.org dəqiqləşdirib ki, polkovnik Səlim Məmmədov bir neçə ay əvvəl pensiyaya çıxıb, polkovnik-leytenant Vüqar Muxtarov isə hələ MTN-də işləyir. İnanırıq ki, hüquq-mühafizə orqanları onların da fəaliyyətini araşdıracaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA