Baş direktorla Beytulla Hüseynovun kirvəsinin həbsi təsdiqləndi - Rabitədə yeni həbslər

img

17-11-2015 [11:00]


"Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib. 

Mia.az onu da xəbər verir ki. M.Məmmədov YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədridir. Həbs edilən Fətulla Seyidov isə BTRİB-in sabiq rəisi, rabitə sektorunda ilk həbsi həyata keçirilən Beytulla Hüseynovla kirvdədir. F.Seyidov, eyni zamanda, BTRİB-in həbs edilən baş mühasibi Anar Mustafayevin də yaxın qohumudur. Anar Mustafayevin rabitədəki yüksəlişi də Nizami Telefon Qovşağının sabiq rəisinin sayəsində mümkün olub...

Onu da qeyd edək ki, bundan əvvəl "Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA