17-11-2015 [00:34]
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra, onun ikinci kürəkəni, əslən Borçalının Qaçağan kəndindən olan, MTN şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircan oğlu Əmircanov, Milli Təhlükəsizlik Nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb və sərəncama göndərilib.
Mia.az Avopa.info-ya istinadən xəbər verir ki, Baş Prokurorluq Milli Antikorrupsiya İdarəsi Rəşad Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib.
Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra, mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.
Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər.
Yaxın saatlarda Rəşad Əmircanovun da həbs ediləcəyi gözlənilir.
Rəşad Əmircanov, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumu və haqqında söz-söhbət gəzən gizli "Qaçağan klanı”nın əsas simalarından biridir.
Eldar Mahmudovun "kassiri” və terminatoru olan general-mayor Akif Çovdarovun kürəkəni MTN-nin eks-şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircanovun yaxın qohumları barəsində, onların Eldar Mahmudov və Akif Çovdarov bandası ilə əlaqələrinin olub-olmaması ilə bağlı Milli Antikorrupsiya İdarəsi və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ciddi araşdırma başladılıb.
Rəşad Əmircanovun yaxın qohumu, məclislərdə "Generalın” ( Akif Çovdarovun) "şərəfinə" daimi təriflər söyləyən və qudası Akif Çovdarovla fəxr edən edən Dəmir Bankın idarə Heyətinin sədri Roman Əmircanovun və Dəmir Bankın fəaliyyəti ciddi raşdırılır.
Roman Əmircanov hazırda Buzovnadakı bağ evindən kənara çıxmır və dərin psixoloji depressiyadadır.
Mənbə qeyd edir ki, Respublika Prokuroluğunda artıq müfəssəl məlumat var ki, Akif Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və DəmirBank İH sədri Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini məhz qudası adıçəkilən bankda leqallaşdırıb.
Həmçinin külli miqdarda maliyyəni Dəmir Bank vasitəsilə Qafqaz İnkişaf bankının Tiflis fililalına köçürüb.
Mənbə yaxın zamanlarda DəmirBank İH sədri Roman Əmirçanovun son olaylarla bağlı həbs ediləcəyini bildirib. Hazırda onun ciddi nəzarətə alındığı qeyd edilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi