Doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı

img

16-11-2015 [15:54]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və keçirilməsi ilə bağlı iclas keçirilib.

AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov qeyd edib ki, iclasın AMEA-da kadr hazırlığının təkmilləşdirilməsi ilə birbaşa əlaqəsi var. Belə ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti "İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” qərar qəbul edib. Qərarın icrası ilə əlaqədar doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək.


Ə.Sadıqov diqqətə çatdırıb ki, fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının qəbul edilməsi məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə imtahan komissiyası yaradılıb və Komissiyaya AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev sədrlik edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA