16-11-2015 [15:09]
Azərbaycanda Milli Məclisə keçirilən seçkilər başa çatıb. Artıq yeni deputatların kimliyi də bəllidir. Bu ayın 21-i yeni seçilən deputatların siyahısı Konstitutsiya Məhkəməsinə təqdim olunacaq. Konstitutsiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün ərzində seçkinin nəticələrini təsdiq etməlidir.
Digər maraqlı məqam isə sabiq deputatların bundan sonrakı fəaliyyəti ilə bağlıdır. Ötən 5 il ərzində deputat kimi fəliyyət göstərən sabiq deputatları ,görəsən, bundan sonra hansı imicdə görmək mümkün olacaq?!
Qanunla deputatlara yasaq edilən sahələrdə çalışmaq istəyənlər varmı? Yəni, biznesini qurmaq istəyənlər, yeni nələrsə öyrənməyə cəhd edənlər növbəti iş mexanizmini müəyyənləşdirə bilibmi?
Mia.az xəbər verir ki, Modern.az saytı gələcək 5 ildə deputat olmayacaq hazırkı deputatların (artıq onlara eks-deputat deyə bilərik-red) yeni iş sahələrini öyrənə bilib.
Sabiq deputat Aydın Abbasov deyib ki, Çin dilini öyrənməyə başlayıb:
"Axırıncı dəfə sizinlə danışandan dərhal sonra bu işə start verdim. Çinin iqtisadi modelini öyrənirəm. Araşdırmalar aparıram. Çin iqtisadiyyatı dünyada aparıcı fiqurlardan biridir. Eyni zamanda, yavaş-yavaş Çin dilini də öyrənməyə başlayacam. Əsas odur ki, bu yola çıxmışam. Ya çinlilər Azərbaycan dilini öyrənəcək, ya da mən Çin dilində danışacam”.
Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov isə elmi fəaliyyətini davam etdirəcək:
"Elmi-pedaqoji fəaliyyətimi davam etdirirəm. Elm sahəsi tədqiqatlarla zəngin olan sahədir. Ona görə də elmin hər dəqiqəsi yenilik deməkdir. Elmi-tədqiqat sahəsində aparılan iş elmə yenilik gətirir. Biz də bununla məşğuluq. Çünki layihələrin icrası zamanı aparılan tədqiqatlar əsas verir ki apardığımız və tərtib etdiyimiz elmi hesabatlarda bunların hamısı öz əksini tapır”.
Ceyhun Osmanlı da yeni planlarından danışaraq fəaliyyətə başladığını deyib:
"Artıq məni təbrik edə bilərsiniz. Türkiyə və Azərbaycanın birgə istehsalı olan əsasən türk aktyor, aktrisa rejissorların iştirak etdiyi film üzərində işləyirdik. Nəhayət, film bitib. Artıq Türkiyənin bütün sinemalarına bu film təqdim olunub. Film bir qarabağlı gəncin taleyindən bəhs edir. Filmdə dünyaya müharibənin insanların həyatında necə rol oynadığı göstərilib. Filmdə Qarabağ ideyası əsas yer alıb.
Mən bu filmin prodüsserlərindən biriyəm. Əslində, mədəniyyətə, incəsənətə xüsusi marağım olub. Bu flmə xobbi kimi yanaşmışam.Bu günə qədər Qarabağla bağlı bir neçə kitabın həmmüəllifiyəm. Düşünürəm ki, ədii film təbliğat baxımından daha uğurludur. Çünki filmi milyonlarla insanlar izləyir. Qarabağla bağlı ideyalarım daimi olacaq.
Həmçinin, bundan sonrakı daimi işim isə sahibkarlıq fəaliyyəti ilə bağlı olacaq. 21-ci əsrdir. Hər kəs fərdi olaraq peşə seçimində sərbəstdir. Hesab edirəm ki, biznes elə sahədir ki, insan sərbəst şəkildə kreativliyini, planlarını, düşüncələrini reallaşdıra bilər. Həm özünə, həm də ətrafına fayda verə bilər. Biznes qlobal anlayışdır.
Haradan maraqlı təklif olursa, orada bu gerçəkləşir. Amma, yaşama yeri olaraq hər zaman Azərbaycana üstünlük verirəm. Düzü, övladlarım da, biz də başqa yerdə yaşamağı sevmirik. Rəsmi olaraq Konstitusiya Məhkəməsi yeni tərkibini təsdiq edəndən sonra artıq rəsmi şəkildə sahibkarlıqla məşğul ola biləcəm. Amma indidən onun alt yapısını-informasiya bazasını hazırlamışam”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi