Yağış və qar yağacaq - Sabahın hava proqnozu

img

16-11-2015 [13:35]


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir güclənən cənub-qərb küləyinin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-15, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə duman olacağı, yağış yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Məlumatda o da bildirilir ki, noyabrın 17-18-də ayrı-ayrı yerlərdə qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı və intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA