16-11-2015 [13:15]
ABŞ-ın Texas ştatının qubernatoru Qreq Əbbot ştatın paytaxtı Ostin şəhərində Azərbaycan Respublikasının ABŞ-da səfiri Elin Süleymanov və Hyuston şəhərində yerləşən "Azərbaycan Mərkəzinin” direktoru İradə Axundova ilə görüşüb.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a daxil olan məlumata görə, səfir Elin Süleymanov həmsöhbətinə ölkəmiz barədə məlumat verib, həmçinin ABŞ-Azərbaycan münasibətləri və iki ölkə arasında enerji, terrorçuluğa qarşı mübarizə və bir sıra digər sahələrdə həyata keçirilən səmərəli əməkdaşlıqdan danışıb.
E.Süleymanov Azərbaycanın Texas ştatı arasında mövcud olan ənənəvi müsbət münasibətlərini qeyd edərək bu ştatda yaşayan çoxsaylı və fəal Azərbaycan icmasının Texasla Azərbaycan arasında təmasların genişlənməsinə səbəb olduğunu bildiriv. Bu kontekstdə diplomat 9 noyabr tarixində Bakı ilə qardaşlaşmış olan Hyuston şəhərində keçirilmiş "Avropa Enerjisində Cənubi Qaz Dəhlizi” adlı olduqca vacib mövzuya həsr olunmuş beynəlxalq konfransın və həmin gün keçirilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş ziyafətin təşkilində "Azərbaycan Mərkəzi” və onun direktoru İ.Axundovanın yaxından iştirakını qeyd edib.
Səfir həmçinin adıçəkilən tədbirdə Texas ştatının dövlət katibi Karlos Kaskosun iştirakı və onun qubernator Q.Əbbot adından Azərbaycanlılara ünvanlanmış təbrikini səsləndirməsinə görə təşəkkürünü çatdırıb.
Öz növbəsində İ.Axundova Texasda Azərbaycan icmasının fəaliyyəti və onlar tərəfindən keçirilən tədbirlər barədə danışıb.
Qubernator Əbbot Azərbaycanın ABŞ-a münasibətdə nümayiş etdirdiyi dostluğu yüksək qiymətləndirdiyini söyləyib. Q.Əbbot Texasla ölkəmiz arasında mehriban münasibətlərin mövcudluğundan məmnun olduğunu deyərək bu münasibətlərin daha genişlənməsinə hazır olduğunu vurğulayıb. Eyni zamanda o, Texasda yaşayan Azərbaycan icmasının ştatın inkişafına töhfəsini məmnunluq hissi ilə qeyd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi