İcra başçısı ondan şikayət edən işçisini qovdu - İH-də ilginc hadisə

img

16-11-2015 [11:08]


Şamaxı rayon icra hakimiyyətindəki işindən azad edilən Elnur Süleymanov mətbuata müraciət edib.

O, müraciətində bildirir ki, 2003- cü ildən 2015-ci ilə kimi İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb: "Bu ilin fevral ayının 20-də "Şamaxı rayonunda cərəyan edən ictimai-siyasi proseslər haqqında” başlıqlı məlumat hazırlayaraq Prezident Administrasiyasına göndərmişəm. Müraciətimdə üzrlü səbəbdən işimin rayon icra hakimiyyətindən Bakı şəhərində yerləşən icra hakimiyyətlərindən birinə dəyişilməsini xahiş etmişdim, həm də rayon icra hakimiyyətində mühüm postlar tutmuş bəzi vəzifəli şəxslərin icra hakimiyyətinə müraciət edən sadə vətəndaşları süründürməçilik, qaba rəftar və.s. kimi hərəkətlərilə bezdirməklə camaatı dövlətdən narazı salmaqda olduqlarını, işlərinin ancaq özlərinə var-dövlət yığmaq olduqlarını bildirmişdim.

Şamaxının icra başçısından "yuxarılara" şikayət edən məmurun başına oyun açdılar

Bu müraciətimdən sonra martın 30-da işdən çıxmağımla bağlı ərizə yazmağımı tələb etdilər. Mən onsuz da üzrlü səbəblərdən Bakıya gedəcəyimi, mənə möhlət vermələrini istədim. Ancaq onlar bu istəyimi nəzərə almadılar, təzyiqlə mənə ərizə yazdıraraq işdən çıxardılar.

Mən xahiş edirəm ki, ölkə rəhbərliyi yeddi aydan çoxdur ki, haqsız olaraq işdən çıxarıldığımı, ailədə tək işləyən olduğumu, üçü məktəbli olmaqla himayəmdə olan dörd azyaşlı uşağımı və yaşayış yerimi dəyişərək artıq Bakı şəhərində məskunlaşdığımı nəzərə alıb, burada əvvəlki işimə uyğun bir işə bərpa olunmağıma köməklik göstərsin”. 

Vertikal.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA