Eldar Mahmudov və şəbəkəsi məmurların "etibarlı xətt"in necə dinləyib?!

img

16-11-2015 [10:29]


Eldar Mahmudov və şəbəkəsi məmurlar arasında "4 nömrə" adı ilə məşhur olan rabitə xəttini də dinləyiblər.

Mia.az Azadliq.info-ya istinadən xəbər verir ki, yüksək vəzifəli məmurlar bir-birlərilə bu "4 nömrə" ilə əlaqə saxlayırlar. Məlumatlarda deyilir ki, sözügedən rabitə xətti Eldar Mahmudov və dəstəsinin nəzarətində olub. Beləliklə, keçmiş MTN şefi yüksək vəzifəli məmurları dinləyib. 

Məlumatlara görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həbslərin həyata keçirilməsi də bununla bağlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA