İlham Əliyev Obama ilə belə görüşdü - VİDEO

img

15-11-2015 [23:00]


Bu günTürkiyənin Antalya şəhərində "Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb.

Mia.az modern.az-a xəbər verir ki, "Böyük İyirmiliyə” (G20) daxil olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və digər ölkə rəhbərlərinin iştirak etdiyi sammitə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər. Bu mərasim öncəsi Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama ilə görüşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA