15-11-2015 [16:14]
Müdafiə Nazirliyi son vaxtlar bir qrup sahibkarın tenderlə bağlı nazirliyə qarşı iddialarına münasibət bildirib.
Mia.az nazirliyin məsələ ilə bağlı mövqeyini təqdim edir:
"Yazıda əks olunan iddiaların heç biri həqiqəti əks etdirmir və məsələnin mahiyyəti kobud surətdə təhrif olunur.
Belə ki, müvafiq qaydalara uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən rəsmi ölkə mətbuatında və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində satınalmalar ilə bağlı elanlar dərc edildikdən sonra tender prosedurları həyata keçirilir. Satınalmaların şərtlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyət üçün əldə edilən bütün ərzaq məhsulları şəxsi heyətin sağlamlığının təmin edilməsi məqsədilə zəhərlənmələrin, viruslara və infeksiyalara yoluxmaların, eləcə də sağlamlığa zərər verə biləcək digər xoşagəlməz halların qarşısının alınması məqsədilə xüsusi laboratoriyalarda sanitar, epidemioloji, gigiyenik yoxlamalardan keçirilir.
Qaydalara uyğun olaraq sənədləri təqdim edən, işinə vicdanla yanaşan, təqdim etdiyi məhsullar laboratoriya yoxlamalarının tələblərinə cavab verən iş adamları və malgöndərən müəssisələrlə müvafiq müqavilələr bağlanılır.
Bunun əksinə olaraq satınalma müqavilələrin icrasına səhlənkar yanaşan, müqavilənin icrası üçün kifayət qədər potensial imkanları olmayan, təqdim etdiyi xidmətlər və məhsullar tələblərə cavab verməyənlərlə qanuna müvafiq olaraq müqavilələr bağlanılmır, yaxud da əvvəllər bağlanılmış müqavilələr sanksiyalar tətbiq edilməklə ləğv edilir.
Satınalmalarda qalib gəlməyənlərə qanuni şəkildə bütün proseslər izah edilməsinə və müvafiq orqanlar tərəfindən cavab verilməsinə baxmayaraq, bəziləri qeyri-qanuni, çirkin yollarla bu işə qoşulmağa cəhd göstərir, müxtəlif üsullarla, o cümlədən "sarı” mətbuatı cəlb etməklə qeyri-obyektiv yazılar dərc etdirərək şantaj və hədə-qorxu ilə nəyəsə nail olmağa çalışırlar.
Unutmayaq ki, Silahlı Qüvvələrin işgüzar nüfuzuna xələl gətirən, dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, ictimaiyyəti çaşdırmaq məqsədi güdən yazılar qısa müddətdə Ermənistan kütləvi informasiya vasitələrində də dərc olunaraq yayılır.
Müdafiə Nazirliyi növbəti dəfə bu kimi yolu tutan kütləvi informasiya vasitələrinə müraciət edərək təxribat yarada biləcək, Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan və düşmən ölkənin maraqlarına xidmət edən qeyri-dəqiq, həqiqəti əks etdirməyən yazıların dərc edilməməsini tövsiyə edir”.
Nazirlik yoxlamanının nəticələrinə uyğun olaraq satınalmanın şərtlərinə cavab verməyən müəssisələrdə çəkilən fotoları da yayıb:








Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi