Prezident və xanımı “Böyük İyirmilik”də - FOTOLAR

img

15-11-2015 [16:07]


"Böyük İyirmiliyə” (G20) üzv və dəvət olunmuş ölkələrin dövlət başçılarının Antalyadakı sammiti davam edir.

"Qafqazinfo” xəbər verir ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlər keçirməkdədir.

ABŞ Prezidenti Barak Obama, BMT-nin baş katibi Pan Gi Mun, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud, Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər rəsmi şəxslərlə keçirilmiş görüşlərdə beynəlxalq terrorizmə qarşı birgə mübarizə, regional proseslər məsələləri müzakirə olunub.

Dünən isə Türkiyədə olan dövlət və hökumət başçıları Ebru sənəti və şüşədən müxtəlif sənət əşyaları düzəldən sənətkarla tanış olublar. Rəsmilər bu sənətlərin tarixi və texniki vərdişləri haqqında məlumatlandırılıblar. Naharda və tədbirin qeyri-rəsmi hissəsində iştirak edənlər arasında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da olub.

Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı
Prezident və xanımı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA