Generalın bacısının kürəkəni "vuruldu" - MTN-də daha bir dəyişiklik

img

15-11-2015 [11:46]


Milli Təhlükəsizlik Nazirliyinin daha bir şöbə rəisi tutduğu vəzifədən azad edilib.

Nazir vəzifəsini müvəqqəti icra edən general Mədət Quliyev MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətovun işdən kənarlaşdırılması barədə əmr imzalayıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Rafiq Hümbətov da MTN-in "boz kardinalı”, hazırda istintaqdan sonra təcridxanada saxlanılan Akif Çovdarovun "gözəgörünməz cəbhəsinin döyüşçülərindən” biri, üstəlik onun yaxın qohumu olub. Belə ki, R.Hümbətov general Akif Çovdarovun bacısının kürəkənidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA