“Nazir yoxdur, çox məşğulam" - Nazir müavini

img

13-11-2015 [19:14]


Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilməsinə münasibət bildirməyib.

Nazir müavini  hazırda çox məşğul olduğunu söyləyib: "Nazir yoxdur, çox məşğulam. Mümkünsə, mətbuat xidməti ilə əlaqə saxlayın”.

Xatırladaq ki, noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, hazırda rabitə və yüksək texnologiyalar naziri vəzifəsini İltimas Məmmədov icra edir.

Publika.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA