Nazir əmr verdi, iki direktor təyinatı oldu

img

13-11-2015 [19:06]


Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Məmməd Quliyev L. və M. Rostropoviçlər adına 21 nömrəli On bir illik Musiqi Məktəbinin, Fikrət Budaqov isə K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Bu təyinatadək M. Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F. Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Şöbədən əlavə ediblər ki, yeni təyin olunan direktorların qarşısında nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr qoyulub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA