Prezident İlham Əliyev hökumətə 3 ay vaxt verdi -FƏRMAN

img

13-11-2015 [15:58]


Azərbaycan prezidenti İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Mia.az-ın məlumatına görə, Nazirlər Kabinetinə 3 ay müddətində qanunların və Prezidentin aktlarının "Vətəndaşların müraciətləri haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini, həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını, habelə dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlamaq və prezidentə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti həmçinin həmin ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını, habelə telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA