Ramil Usubov əmr verdi; 3 rayonun polis rəisi çıxarıldı, təyinatlar oldu

img

13-11-2015 [11:53]


Daxili işlər naziri Ramil Usubov İmişli rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Mia.az AzNews.az-a istinadən 
xəbər verir ki, R.Usubovun əmri ilə bu vəzifəyə Ayaz Cəfərov gətirilib.

Məlumat üçün bildirək ki, A.Cəfərov İmişli rayonunun Polis Şöbəsinə rəis təyin olunmamışdan əvvəl Yevlax rayon Polis Şöbəsinin rəisinin əməliyyat üzrə müavini vəzifəsində çalışıb.

Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi və sözügedən polis şöbələri ilə əlaqə saxlasaq da, heç bir rəsmi cavab ala bilmədik. Bildirildi ki, bu təyinatla bağlı hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, dünən R.Usubovun kadr dəyişiklikləri etməsi ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyev işdən çıxarılıb. Onun yerinə isə İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümov təyin edilib.

*** 

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Məlumata görə, nazir Ramil Usubovun müvafiq əmri ilə Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən azad edilərək Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala rayon Polis şöbəsinin rəis gətirilib.

Bundan başqa Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov da pensiya yaşına çatdığına görə, daxili işlər orqanlarından xaric edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA