13-11-2015 [10:50]
Milli Məclisin deputatı, Dövlət İqtisad Universitetinin sabiq rektoru, hazırda həmin universitetdə kafedra müdiri olan Şəmsəddin Hacıyevə qarşı şok iddia irəli sürülüb.
Ölkə rəhbərliyinə etdiyi müraciətində universitetin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev Şəmsəddin Hacıyevin Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi və ayrı-ayrı vəzifəli şəxsləri ilə sıcaq əlaqələrindən və onlarla işbirliyindən bəhs edib.
Bədirxan Musayev yazır ki, 2011-ci ildə Ş.Hacıyev onu rektorun müşaviri və 40 il rəhbərlik etdiyi «İqtisadi Kibernetika» kafedrasının müdirliyindən qanunsuz çıxardığı üçün bütün dövlət qurumlarına, o cümlədən MTN-ə şikayət edib:
«Həmin vaxtı əlimdə Şəmsəddin Hacıyevin rektorluğu dövründə İqtisad Universitetinin Dərbənd filialına qanunsuz tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici tələbə köçürmələrindən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət yığmasını sübut edən sənədlərlə bağlı cinayət işinin açılması və onun məsuliyyətə cəlb olunmasıı tələb edirdim. Elə indii də endirəm. Sözüm ondadır ki, bu vaxta qədər Baş Prokuorluq mənim vasitəmlə topladığı materiallar üzrə istintaq aparmaq əvəzinə, müxtəlif bəhanələrlə Təhsil Nazirliyinə göndərir. Nazirlik isə bu barədə məlumatı Şəmsəddin Hacıyevə göndərib «araşdırılılmasını xahiş edir». Sözsüz ki, heç kim öz ayranına turö demədyindən sabiq rektor da bu faktı kimlərinsə «ağzı»na pul atmaqla, qapadaraq, özünə YAP-da karyera qurmaqla davam edir. Mənə isə bu qədər özbaşınalıqla yanaşı, bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon şöbəsi gözləmədiyim halda, məni Ş.Hacıyevin məlum korrupsiya əməlləri, universitetin Dərbənd filialının Bakıda qanunsuz yolla yaratdığı filialı vasitəsiylə apardığı saxta qəbullar, 40 min saxta diplom paylaması və sair təkzibolunmaz faktlarla bağlı çağırması hələ də şübhəli görünür. Belə ki, MTN-nin rayon şöbəsi məni şöbəyə dəvət edərək, izahat aldılar, ətraflı söhbət edib, sənədləri aldılar. Ancaq sürətlə davam edən araşdırma sonradan qəfil dayandırıldı. Maraqlandıqda isə dedilər ki, toplanmış materialları cinayət işi açılması üçün Baş Prokurorluğa göndəriblər. Həmin vaxtı prosesi düzgün qiymətləndirə bilmədiyimdən hesab edirdim ki, utanmadan "Bədirxan Musayevə "Vətən xaini”ni damğası vuraraq qovmuşam” deyən Şəmsəddin Hacıyevi mənimsədiyi bir milyarda yaxın vəsait, saxta qəbullar və sair faktlara görə həbs edəcəklər. Ancaq sonradan mənə aydın oldu ki, MTN-nin rayon şöbəsi bundan artıq addım atmaq gücündə deyil. Çünki sabiq rektorla Eldar Mahmudov və yaxın ətrafının arasında çox ciddi siyasi və biznes münasibətlər var. Düşünürəm ki, elə buna görə də Səbail şöbəsinin araşdırması nazirlik tərəfindən qəfil dayandırılıb».
Bədirxan Musayev bildirir ki, Ş.Hacıyev rektor olduğu dövrdə universitetin istifadəsiz ərazisini Eldar Mahmudovun yaxın çevrəsinə peşkəş edib: «Hacıyev universiteti şişirdilmiş qiymətlərlə təmir etdirən zamanı daha bir böyük və senasiya sayılan qanunsuzluğu edib. Bu barədə hörmətli cənab Prezidentə teleqramda vurmuşam. Orada bildirdim ki, İqtisad Universitetinin sabiq rektoru rüşvətxor Ş.Hacıyev universitetin Abbas Səhhət küçəsi 45a-da yerləşən "Dizayn və Texnologiya” fakültəsinin ərazisini (1hektara yaxın torpaq və bağ sahəsini) keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və onun biznesini idarə edənlərə satıb, bunun əvəzində isə özünə 11 yerdə mənzil alıb. Əvvəla o yer qanunla satıla bilməzdi. 2-cisi isə şəhərin mərkəzində olan o ərazinin dəyəri 11 mənzilin deyil, bəlkə də 111 mənzilin qiymətindədir. Ancaq Şəmsəddin Hacıyev üçün bunun əhəmiyyəti yoxdur. Ona YAP-da olduğu kimi, güc qurumunda da Eldar Mahmudov kimi adamın gücü lazım idi. Hansı ki, indi mənə aydın olur ki, univeristtein əmlakı və pulları ilə o, belə gücləri necə ram edirmiş. Bu güclər isə aldıqları milyonlar və əmlaklara görə bu günədək onu qoruyur, hətta deputat da seçdirirlər.
Hesab edirəm ki, MTN-nin indiki rəhbərliyi bu məsələni dərindən araşdırıb, təqsirkarları, o cümlədən yığdığı rüşvət hesabına YAP-ın bəzi rəhbər şəxslərin ovucunun içinə alaraq , yenidən deputati seçilən Ş.Hacıyevin barəsində qanunun yol verdiyi ən sərt tədbirləri görəcəkdir».
"Reytinq" qəzeti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi