13-11-2015 [10:06]
Azərbaycan Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nı təsdiq edib.
Bu qayda ianələr – qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan vətəndaşı, yaxud Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi qanunvericilikdə nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımlar barədə məlumatlarınƏdliyyə Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməsi qaydasını tənzimləyir.
Qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir.
İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.
Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması üçün ərizə ilə müraciət edilməlidir.
Ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir.
İanə edilən pul vəsaitləri 200 manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.
Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 iş günü müddət təyin edir.
İanə barədə bildirişin verilməsi üçün Ədliyyə Nazirliyi ərizəni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması (ianə verən Azərbaycan Respublikasının rezidenti olduqda) və ianəni qəbul edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarla uyğunluğu, ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlərin qanunvericiliyə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə müəyyən olunmuş məqsədlərə uyğunluğu, ianə qəbul edən qeyri-hökumət təşkilatı tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və "Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu araşdırılır. Bundan əlavə nazirlik ianə edilən pul vəsaitlərinin nağd verilməsi və ya qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilməsini , ianə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən verildikdə, həmçinin onun dövlət qeydiyyatına dair bağlanılmış sazişin qüvvədə olmasını araşdırır.
Ədliyyə Nazirliyi ərizə və sənədlər təqdim edildikdən sonra 15 gün müddətində məlumatları reyestrə daxil edir və qeyri-hökumət təşkilatına bildiriş verir.
Göstərilən məlumatların və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilmə müddəti 15 günədək uzadılır.
Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği, onları vermiş şəxslər, habelə ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumatlar illər üzrə tərtib edilən reyestrdə əks etdirilir. Hər bir ianə barədə məlumat reyestrə daxil edilərkən, ona fərdi nömrə verilir. İanə üzrə bank əməliyyatları aparılarkən, ianənin fərdi nömrəsi bank sənədlərində əks etdirilir.
Ədliyyə Nazirliyi reyestrə daxil edilmiş məlumatlar haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.
Ərizədə göstərilən məlumatlar və ya ona əlavə edilən sənəddə yanlış məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, habelə ərizə və ya ona əlavə edilən sənəd təqdim olunmadıqda, ianə barədə məlumatların reyestrə daxil olunmasından və bu barədə bildirişin verilməsindən imtina edilir.
Qeyri-hökumət təşkilatı qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi