Dövlət Sərhəd Xidmətinin Akademiyasında Konstitusiya günü münasibətilə tədbir keçirilib

img

12-11-2015 [17:50]


Dövlət Sərhəd Xidmətinin Akademiyasında Konstitusiya günü münasibətilə tədbir keçirilib.

Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, əsas qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımız tarixi qələbələrə imza atıb, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri birliyində layiqli yer tutub.
Konstitusiya ölkəmizin hərbi qüdrə­ti­nin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qaza­nıl­ma­­sına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviy­yə­sinə qaldı­rıl­masına əlverişli zəmin yaradıb, dövlət sərhəd­ləri­mi­zin toxu­nul­maz­lığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA