12-11-2015 [17:05]
Biləsuvar rayonunda 12 Noyabr - Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyulub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.
M.Quliyev qeyd edib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqillik illərinin ən mühüm nailiyyətlərindən biri olmuş, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində yeni mərhələnin əsasını qoymuşdur:
"Azərbaycan dövləti üçün çətin sınaq illərində məhz Ulu Öndər Heydər Əliyev ölkə vətəndaşlarını azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş miqyaslı islahatların reallaşdırılmasına başladı.Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi yeni Konstitusiyanın qəbul edilməsi ölkəmizin həyatında müstəsna əhəmiyətli hadisə olmuşdur.1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyas təşkil edildi. Konstitusiya komissiyasının sədri Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən komissiyanın ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən Ulu Öndərin müəllifi olduğu bu layihə 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu. Cəmiyyətin demək olar ki, bütün təbəqələri müzakirələrə cəlb edildi . Təkliflər nəzərə alınmaqla layihənin yekun variantı 1995-ci ilin noyabrın 12- də referendum yolu ilə qəbul edildi. Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi. Təkcə bir faktı demək kifayətdir ki, Konstitusiyanın 158 maddəsindən 57-sində insan hüquq və azadlıqları təsbit edilirdi ki, bu da gənc müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu təsdiq edirdi. Bu Heydər Əliyev konstitusiyası idi ki, onun əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmışdı. İlk Konstitusiyamız, eyni zamanda xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi idi.
Zaman keçdikcə Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır. 2002–ci ildə Azərbaycan Konstitusiyasında dəyişiliklər edilməsinə yaranan ehtiyac da məhz bütün sahələrdə nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Həmin il ilk dəfə keçirilən Konstitusiya islahatlarından sonra respublikanın ictimai–siyasi həyatında fundamental dəyişikliklər–iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi və digər yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişiklikləri obyektiv tələbata çevirdi. 2009-cu il martın 18-də Əsas Qanundakı əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Prezident İlham Əliyevin demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan siyasətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bir daha təsdiq etdi.
Dövlətimizin Əsas Qanunu olan Konstitusiyamıza dönmədən əməl olunması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün real zəmin yaradır. Məhz cənab Prezidentin konstitusiyamızda öz əksini tapmış müdəalara uyğun olaraq verdiyi qərarlar, yürütdüyü daxili və xarici siyasət, etdiyi çıxışlar və atdığı addımlar bunu deməyə əsas verir. Təkcə cari il ərzində dövlətimizin və xalqımızın inkişafı, xüsusilə də ölkəmizdə mülkiyyət münasibətlərinin tənzimlənməsi və bunula əlaqədar sahibkarlıq subyetlərinin sərbəst və maneəsiz fəaliyyətinin təmin olunması istiqamətində cənab Prezidentin imzaladığı fərman və sərəncamlar bunun bariz nümunələridir. Belə ki, uzun illər ölkə iqdisadiyatının aparıcı qüvvəsi olan sahibkarlıq sübyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxilələrin, onların fəaliyyətinin bu və ya digər bəhanələrlə ləngidilməsinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara süni maneələrin yaradılıması ilə bağlı əməllərin ifşa olunması kimi tarixi addımlar Azərbaycan dövlətinin və onun liderinin dövlətimizin konstitusion əsaslarına olan mütərəqqi münasibətindən xəbər verir. Artıq hər bir vətəndaşımızın öz sahibkarlıq istəyini gerçəkləşdirilməsi üçün müvafiq prosedur qaydaların asanlaşdırılması, onlara aidiyyəti üzrə lisenziyaların verilməsi işinin sadələşdirilməsi, hələ uzun illər əvvəl-Sovetlər ittifaqı zamanı ölkə vətəndaşlarına verilmiş torpaq üzərində mülkiyyət münasibətləri ilə bağlı sənədlərin rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi cənab Prezident tərəfindən ölkəmizin gələcək inkişafına hesablanmış tarixi addımlardır".
M.Quliyev onu da bildirib ki, bu gün əhalisinin sayı 100 min nəfərə çatmaqda olan Biləsuvar rayonunun sakinləri də Konstitusiyamızın 20-ci ildönümünü sonsuz sevinc və iftixar hissi ilə qeyd edirlər:
"Konstitusiyamızın bizə verdiyi hüquqlardan istifadə edən hər bir biləsuvarlı bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirir, ölkəmizdə, o cümlədən rayonumuzda geniş miqyas almış abadlıq, quruculuq işlərində yaxından iştirak edirlər. Günbəgün inkişaf və tərəqqi edən Biləsuvar rayonunun sakinləri ölkə prezidenti İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğıdan ruhlanaraq vətənimizin qüdrətlənməsinə öz töhvələrini verirlər.
Sözsüz ki, həyat və zaman dəyişdikcə gələcəkdə də dövlətin hüquqi sistemində, onun Konstitusiyasında təkmilləşmə, islahatlar yenə zəruri olacaqdır. Amma əsas olanı odur ki, bu dəyişikliklər nəticə etibarilə ilə dövlətimizin güclənməsinə, ölkə vətəndaşlarının hüquqlarının, şəxsi rifahının daha möhkəm təminatına səbəb olacaqdır.
Ən böyük diləyimiz isə, təbii ki, Əsas Qanunumuzun təməl müddəalarının ölkəmizin bütün ərazisində bərqərar olması, Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş «Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir» prinsipinin gerçəkdə öz əksini tapmasıdır.
Əminik ki, dövlət müstəqilliyimizin qarantı olan respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yaxın gələcəkdə ərazi bütövlüyümüz təmin ediləcək və Konstitusiyamızda öz əksini tapmış bu müddəa bir daha öz təsdiqini tapacaqdır".
Tədbirdə Biləsuvar rayon Prokuroru Qabil Əliyev, Dəvrişli kənd icra nümayəndəsi Sakit Şərbətov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Liseyinin tarix müəllimi Müşfiq Dadaşov, liseyin şagirdi Nüranə Abdullayeva və rayon ağsaqqallarından Akif Kazımov çıxış edərək Konstitusiyamızın hüquqi sənəd kimi tarixi əhəmiyyətindən danışdılar.
Sonda məktəblilərin hazırladıqları kompazisiya nümayiş olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi