12-11-2015 [14:13]
200 min dollar necə mənimsənilib?
Mia.az xəbər verir ki, "Bizim Yol” qəzetinin mövzu ilə bağlı hazırladığı materialda bildirilir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Şəki İpək İstehsal Birliyində 7 min nəfərə qədər işçi çalışırdı. Həmin dövrdə Azərbaycanda hər barama mövsümündə 150 mindən artıq kəndli ailəsi ipək qurdu bəslənməsi və barama istehsalı ilə məşğul idi.
1999-cu ildə Şəki İpək İstehsal Birliyi "Şəki-İpək" ASTC olaraq təsis edildi. 2000-ci ildə isə baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında ipəkçiliyin bərpası üçün prezident səviyyəsində qərar qəbul edildi. Bununla bağlı Prezidentin Ehtiyat Fondundan indiki məzənnə ilə 200 min dollar vəsait ayrılıb.
Yerli "İpəkçi" qəzeti bununla bağlı məqalələrdə yazır ki, o zaman Şəki şəhərinin sabiq icra başçısı Əşrəf Məmmədov hər vasitə ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış pulu mənimsəməyə çalışdı. Hətta bu korrupsiya halında ona himayədarlıq edənlərin arasında Milli Təhlükəsizlik Nazirliyinin məmurlarının da adı çəkilirdi. O zaman ASC-yə rəhbərliyə gətirilən Sabiq İmanovun fədakarlığı nəticəsində barama istehsalı və işçilərin sayını artırmaq mümkün olmuşdu.

Cahangir Hacıyevin adamı "Şəki-İpək" ASC-ni necə ələ keçirir?
Lakin müəssisə 2005-ci ildə özəlləşdirilməyə çıxarılandan sonra üzərini qara buludlar almağa başladı. Keçirilən müsabiqədə "Pərvanə" MMC adlı şirkət qalib olaraq, ASC-nin əsas səhmdarına çevrildi. İnternet üzərindən "Pərvanə" MMC haqqında axtarış versək də, geniş məlumat əldə edə bilmədik. Yalnız o məlumdur ki, şirkət Xəqani Bəşirova məxsusdur. Bu, həmin X.Bəşirovdur ki, adı Beynəlxalq Bankın məşhur "kredit" olaylarında çəkilir. "Azadlıq" radiosunun apardığı araşdırmalardan məlum olmuşdu ki, X.Bəşirov bankın sabiq rəhbəri Cahangir Hacıyevlə əlbir olaraq "Şəki-İpək" ASC kimi müəssisələr adından sui-istifadə edib kreditlər alaraq, dövlət vəsaitini, onların əmlakını mənimsəyiblər. Həmin araşdırmada qeyd edilir: "Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu "OCEANSTREAM İNC" şirkəti tərəfindən Azərbaycanda qeydiyyata alınmış "General Konstrakşn" MMC-nin təsisçilik hüququnu əldə edərək, "Xəzər Menecment Sistems" MMC, "Ceneral Konstrakşn" MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş "Aygün İnşaat", "Aqora", "Pərvanə", "Uni Oyl", "Alfa Layn", "Beta Layn", "Kondor Qrup" və "Siqma Layn" MMC-lər tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən (ABB) qanunsuz olaraq alınıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib".
Deməli, "Pərvanə" MMC vasitəsilə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev "Şəki-İpək" ASC-yə sahiblənir. Özəlləşdirmədən sonra müəssisədə bütün rəhbərlik, kadrlar dəyişir, peşəkar mütəxəssislər işindən uzaqlaşdırılır. Elman Qarayev adlı şəxs rəhbərliyə gətirilir və onun adından Beynəlxalq Bankdan kredit "transfertlərinə" start verilir. Xaricə pul çıxarmağın ən yaxşı yollarından biri isə yerli istehsal olunan baramaların alınmasından imtina edərək, xaricdən idxala üstünlük verilməsi oldu. Bunun üçün isə Beynəlxalq Bankdan nə az, nə çox 50 milyon dollar civarında, illik 13 faizlə kredit götürülüb. Artıq müəssisənin borc girdabına düşdüyü ərəfədə Elman Qarayev uzaqlaşdırılaraq, onun yerinə "Marat Sultanoviç" kimi tanınan Qazaxıstan vətəndaşı, əslən özbək olan Marat Əkbərov ASC idarə heyəti sədrliyinə gətirilir. Səhmdar Cəmiyyətin 19 faiz payı isə özbəkli Nəbi Şadıyevə məxsus "Senat Associates" LTD şirkətinə satılır.

Müəssisənin Beynəlxalq Banka 70 milyon kredit borcu var
Müəssisə ətrafında gedən oyunlar isə özbək iş adamlarının "başında" çartlayır. Onların dövründə zərərlə işləyən müəssisə baramaaçan istehsalatını dayandırmalı olur. 2011-ci ildə isə özbəkləri ASC-dən kənarlaşdıraraq, naməlum səbəblərdən Azərbaycandan uzaqlaşdırırlar. M.Əkbərov və N.Şadıyev barəsində külli miqdarda vəsaitin mənimsənilməsi ittihamı ilə Azərbaycanda cinayət işi açılır və İnterpolun axtarışına verilir.
Maraqlı tərəflərdən biri odur ki, barəsində cinayət işi açılan şirkətin səhmləri hələ də "Şəki-İpək" ASC-də qalır, "Pərvanə" MMC-nin adı isə çəkilmir. Azərbaycan mətbuatında yer alan məlumatlara görə, M.Əkbərov səhmləri götürərək, ölkədən qaçıb. Təbii ki, bu iddia bir qədər absurd görünə bilər. Sadəcə olaraq, özbəklərin öz səhm payını heç kimə vermək niyyətləri yoxdur. Ona görə də 19 faiz onların pay hüququ olaraq qalır.
2014-cü ilin məlumatına görə, ASC-nin səhmlərinin 80 faizi "General Kontrakşn", 19 faizi "Senat Associates" LTD, 0.3-0.4 faizi isə fiziki şəxslərə məxsusdur. İlk baxışdan "Pərvanə" MMC-nin adı görünməsə də, yuxarıda da qeyd etdiyimiz kimi bu şirkət Xəqani Bəşirovun ""General Kontrakşn"ına aid bir şirkətdir. Sadəcə olaraq, payçı şirkətlərin adları dəyişib, sahiblər isə eynidir. Səhmdar Cəmiyyətin kiçik payçıları bildirir ki, şirkətin hazırda kredit borcu rəsmi olaraq 70 milyon manat göstərilsə də, əslində daha çoxdur. İldə cəmi 6 milyon manatlıq məhsul istehsal edən bir müəssisə üçün həmin kreditin faizini belə ödəmək çətindir. Ona görə də 70 milyon Beynəlxalq Bankın problemli kreditləri sırasındadır. Bu ilin martında bankdakı "kredit" əməliyyatından sonra müəssisəyə kreditlərin verilməsi dayandırılıb. Xammal almağa pulu olmayan ASC-nin sexləri bir-bir bağlanır.

Məhz bu səbəbdən bu ilin avqust ayının əvvəlində "Şəki-İpək" ASC-nin Baş müəssisəsinin istehsalat və sexlərində iş tamamilə dayandırılmışdı. Bir müddət sonra Pambıq əyrici istehsalatında istehsal bərpa edilsə də, digər istehsalat və sexlər xammalın olmaması səbəbindən işləmədi.
İndisə rəhbərlik ipəkçiliyi ləğv edərək, pambıq sapı istehsal edəcəyini bildirib. Bu isə 500 nəfər deyil, ən çoxu 70-80 nəfər tələb olunan bir sahədir.
Məsələn, "İpəkçi" qəzetinin yazdığına görə, "Şəki-İpək" ASC rəhbərliyi məcbur olub Baş müəssisənin 1 ha sahəsi olan 2 № Toxucu İstehsalatındakı toxucu dəzgahlarını metalloma qəpik-quruşa satır, həmin dəzgahların yerində pambıq sap istehsal etmək üçün dəzgahlar quraşdırır. "Şəki-İpək" ASC istehsal etdiyi sapı Rusiyaya ixrac edə bilsə də, şirkətə həmin sapdan parça toxunmasına icazə verilmir.
Əslində, indiyədək ABB ətrafında baş verən hadisələr göstərirdi ki, bu tip müəssisələr qəsdən borclandırılır, ASC-lər ləğv edilir və əmlakları mənimsənilir. "Şəki-İpək" ASC-nin də hazırkı borcu və istehsal həcmi elə bir həddə çatıb ki, ləğvinə doğru prosesin getdiyini deyə bilərik. Prezident İlham Əliyevin Beynəlxalq Bankın problemli kreditlərlə bağlı maliyyə vəziyyətinin sağlamlaşdırılması barədə sərəncamından sonra sözügedən ASC-nin maliyyə əməliyyatları öncə "Technique bank", daha sonra "AqroBank"a həvalə olundu. Lakin "AqroBank" müəssisənin borcunun dəyərindən çox olduğunu əsas gətirərək maliyyə əməliyyatlarını həyata keçirməkdən imtina edib. Maraqlıdır ki, kiçik bir müəssisə ətrafında bu qədər yeyinti olduğu halda, kimsə cəzalandırılmadı.
Yalnız görünən odur ki, ölkədə ən böyük pambıq istehsalı müəssisəsi korrupsiya yeminə çevrilərək, ömrünün son akkordlarını yaşamaqdadır. On il bundan əvvələ qədər 2 mindən çox işçisi olan bir müəssisənin bağlanması Şəkidə "Regionların sosial-iqtisadi inkişafı proqramı"nın iflasa uğradığını göstərir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi