12-11-2015 [09:51]
Son dövrlər Rusiyanın atdığı addımlar, həmçinin, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana səfəri fonunda tez-tez işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması haqda fikirlər səsləndirilir.
Rusiyalı politoloq, "Politrus” saytının rəhbəri Vitali Arkov da Laçın dəhlizinin saxlanılması şərti ilə Ermənistanın nəzarətində olan digər rayonlarının Azərbaycana qaytarılacağını açıqlayıb.
"Son vaxtlar Rusiya və Ermənistanın yüksək vəzifəli məmurları hər iki ölkənin paytaxtında sıx-sıx görüşürlər. Bu qanunauyğun haldır. Birincisi Ermənistan Rusiyanın tarixi dostudur və çoxsaylı mədəni əlaqələrə malikdirlər. İkincisi, Rusiya və Qazaxıstanın təşəbbüsü ilə yaradılmış Avrasiya İqtisadi İttifaqının üzvlərindən biri də Ermənistandır”, - deyə o bildirib.
Lakin politoloq qeyd edir ki, Rusiya Azərbaycanı da Avrasiya İqtisadi İttifaqında görmək istəyir: "İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Buna qədər Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndə Azərbaycan azad şəkildə öz məhsullarını rus bazarlarına çıxardı. Bu baxımdan, iki ölkənin eyni ittifaqda təmsilı olunması mümkündür. Amma Avrasiya İttifaqının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının nəzarətdə saxlaması Bakının ittifaqa gəlişində əsas əngəldir. Bundan əvvəl Kremlə yaxın mənbələrə söykənərək mən Moskvanın çoxillik münaqişənin həlli üçün yeni planının olduğunu açıqlamışdım. Hansı ki, bu plan hər kəsi – Bakını ərazi bütövlüyü, İrəvanı iqtisadi, Moskvanı isə geosiyasi cəhətdən məmnun edə bilər. Plana görə Laçın dəhlizi istisna olmaqla Ermənistanın nəzarətində olan 6 rayon Azərbaycana qaytarılır. Bakı Qarabağdakı etnik ermənilərə öz ana dillərində, yaxud rus dilində təhsil almasına, həmçinin, mədəniyyətlərinin qorunmasına zəmanət verir. Əgər bu sakinlər öz istəkləri ilə Ermənistana köçmək istəyərlərsə, Azərbaycan onlara kompensasiya verir”.
V. Arkov əlavə edib ki, hazırda münaqişənin həlli üçün Kremldə iradə mövcuddur və planın detallarının necə olmasından asılı olmayaraq, problemlə son qoyulması qərarı verilib.
"Bununla çoxillik münaqişə həll edilə, diplomatik əlaqələr bərpa oluna, Dağlıq Qarabağın sonrakı statusu müzakirə oluna bilər. Bu, faktiki olaraq regionun xeyrinədir və Moskva buradan geosiyasi qazanc əldə edə bilər”, - deyə rusiyalı politoloq vurğulayıb.
Qeyd edək ki, artıq iki gündür işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Rusiyanın "Kommersant” nəşri də diplomatik mənbələrə istinadən bu haqda yazmışdı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi