İnternatlarda gənclərin sosial cəmiyyətə inteqrasiyası layihəsinin icrası

img

11-11-2015 [23:31]


Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Valideyn himayəsindən məhrum olmuş gənclərin sosial cəmiyyətə inteqrasiya olunması” mövzusu üzrə layihənin icrası sona çatıb

Layihənin davam etmə müddəti 3 ay olub (avqust-oktyabr, 2015-ci il). Əvəlcədən seçilmiş internat məktəblərində təlim proqramına əsasən treyninqlər keçirilmişdir. Bu təhsil ocağını bitirdikdən sonra sosial həyatda özünü tapmağa çalışan, karyerasını qurmaq, təhsil almaq, vətənə olan borclarını yerinə yetirmək kimi digər öhdəliklərin həyata keçirilməsinə çalışmaq, bu internat məzunlarının əsas məqsədidir. Təlimdə iştirakçıların daha da fəal olmasını təmin etmək üçün müxtəlif mövzular müzakirə olundu. Gələcəkdə peşə seçimində onların daha qətiyyətli olması doğru peşəni seçmələri, onlar üçün əsas amil olmalıdır.

Layihə Suraxanı və Xəzər rayonlarında yerləşən internat məktəblərində keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA