Cavid Qurbanovun adamı ilə bağlı şok iddia; Adı "MTN işi"ndə hallanan rəis müavini ölkədən qaçdı

img

11-11-2015 [23:25]



Bir müddət əvvəl mətbuatda Cavid Qurbanovun vergilər sistemindəki "sağ əli”- Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini Rəcəb Babaşovun qanunsuz əməlləri haqda məlumat yayılmışdı.

Həmin yazıda bildirilirdi ki, Rəcəb Babaşov rəsmi olaraq Vergilər Nazirliyində işləməsinə baxmayaraq, elitar kluarlarda Cavid Qurbanovun yaxın dostu və əsas adamı kimi tanınır. Yazıda eyni zamanda Cavid Qurbanovu R.Babaşova hansı tellərin bağladığı, cənab Babaşovun sahibkarları sıxışdırmaq və onları "yola gətirmək” üçün icad etdiyi ilginc mexanizmlər, nəhayət onun məşhur "MTN işi” ilə hansı bağlantısının olması haqda ipucları verilmişdi.

Mia.az xəbər verir ki, savash.org-a daxil olmuş məlumatda isə bildirilir ki, işlərinin dolaşığa düşdüyünü duyan R.Babaşov Azərbaycanı tərk edərək Almaniyaya qaçıb. Məlumata görə, o bu addımı "MTN işi” ilə əlaqədar istintaqa çağrılacağı haqda xəbər aldıqdan sonra atıb. Bu qaçışının adını "müalicə” qoysa da etibarlı mənbə R.Babaşovun əslində hadisələr səngiyənə qədər ölkədə olmamaq istəyi ilə əlaqələndirib.

Mənbənin sözlərinə görə, onun bir nömrəli himayədarı olan Cavid Qurbanov da R.babaşovdan imtina edib və ona heç cür yardım göstərə bilməyəcəyini söyləyib.
Mövzuya qayıdacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA