İcra başçısının qoçuları daha bir sakini döydülər - VİDEO

img

11-11-2015 [21:51]


Maştağa qəsəbəsində yaşayan, 2-ci qrup Qarabağ əlili İsrafil Əsgərov iddia edir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

Onun sözlərinə görə, həyətyanı sahəsində bağ salmaq məqsədilə tikinti işləri görüb. Lakin icra nümayəndələri bu tikilini söküb, İsrafil Əsgərova isə bədən xəsarətləri yetiriblər. Döyülməyi azmış kimi, İsrafil Əsgərov üstəlik polis bölməsinə də aparılıb. Orada isə ona icra nümayəndələrinin haqlı olduğunu söyləyiblər. 

Görünür, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri bütün problemləri asan yolla - qol gücünə, hərbə-zorba ilə həll etməyə üstünlük verirlər. Rayon rəhbərliyi unudur ki, məzlum insanları döymək ya da təhqir etməklə istənilən problemi aradan qaldırmaq olar, lakin bir şeyi unutmamaq lazımdır, hər kəs qanun qarşısında bərabərdir.(Bolgexeber.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA