Ramil Usubov qərar verdi; Maşın nömrələri ilə bağlı dəyişiklik oldu - Qaydalar

img

11-11-2015 [18:18]


Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluqların nəqliyyat vasitələrinə verilən dövlət qeydiyyat nişanları ilə bağlı yeni qaydalar müəyyənləşib.

Mia.az xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun imzaladığı qaydalara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və "D” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.

Həmçinin diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə "T” seriyası üzrə dövlət qeydiyyat nişanı və fəxri konsulluqların nəqliyyat vasitələrinə "FK” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA