11-11-2015 [17:59]
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan "Elm Günləri”nə start verilib.
Mia.az-a universitetdən daxil olan məlumata görə, universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, "Elm Günləri” UNEC-də elmi tədqiqatların stimullaşdırılması məqsədi ilə atılan addımlardan biridir.
Tədbirin həmçinin AMEA-nn 70 illik yubileyinə həsr edildiyini vurğulayan rektor əlavə edib ki, bu münasibətlə UNEC-in gənc tədqiqatçı, magistrant və tələbələri arasında elmi məqalə müsabiqəsi elan edilib. Tədbirin sonuncu günü müsabiqəyə yekun vurulacağını qeyd edən rektor, qaliblərin mükafatlandırılacaqlarını bildirib.
Rektor bildirib ki, istəyimiz ondan ibarətdir ki, tədrislə yanaşı, UNEC-də elmi tədqiqatlara yer ayrılsın. İstəyirik ki, Azərbaycanın qarşısında duran sosial-iqtisadi problemlərin həllində alimlərimiz fəal olsunlar.
Ə.Muradov ötən dövr ərzində UNEC-də elmi-tədqiqat infrastrukturunun yaradılması istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, universitetdə bir neçə elmi-tədqiqat laboratoriyası yaradılıb:
"Bu, "İnkişaf İqtisadiyyatı”, "İslam İqtisadiyyatı” və "Avropa İqtisadiyyatı” laborotoriyalarıdır. İndi həmin loboratoriyalarda məhsuldar işləyə biləcək tədqiqatçıları seçirik və düşünürəm ki, buna nail olacağıq. "İnkişaf iqtisadiyyatı” labaratoriyası artıq bir tədqiqat layihəsinə start verib və bununla bağlı qrant udub. Həmin layihə "Azərbaycan neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması” layihəsidir. Düşünürük ki, layihənin nəticəsini bir ildən sonra geniş elm ictimaiyyətinə təqdim edəcəyik".
UNEC-də elmi fəaliyyətin stimullaşdırılması yönündə atılan addımlardan söz açan rektor, ölkə ali təhsil müəssisələri arasında ilk dəfə differensial əməkhaqqı sisteminə keçiddən danışıb. Bildirib ki, yeni sistem şərait yaradır ki, müəllimlərin elmi tədqiqatlarına uyğun olaraq, əmək haqqlarına əlavələr edilsin. Sistemə görə, müəllimin əmək haqqı iki dəfə artırıla bilər.
AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik, İsa Həbibbəyli Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Bildirib ki, H.Əliyev hələ Azərbaycana ilk rəhbərliyi dövründə xalqın ümumi intellektual səviyyəsini yüksəltmək üçün böyük işlər görüb: "Əminliklə deyə bilərəm ki, Azərbaycan elminin qızıl dövrü həmişə Ulu Öndərin rəhbərlik etdiyi dövrə təsadüf edib deyən akademik, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla həyata keçirdiyini vurğulayıb. Dövlət başçısının AMEA-nın 70 illik yubileyindəki çıxışı ölkənin bütün elm adamlarına göstərilən yüksək dövlət qayğısının nümunəsi idi".
AMEA-nın tarixinə qısa nəzər salan İ.Həbibbəyli akademiyanın inkişafında rolu olan alimlərdən danışıb. Qeyd edib ki, elm tarix boyu cəmiyyətin inkişafında böyük rol oynayıb. Hansı ölkədə elm yüksək səviyyədə inkişaf edibsə, orada dövlətçilik də, cəmiyət həyatının digər sahələri də həmişə öndə olub.
Elmin öyrənilməsində müəllimlərin rolu əvəzsizdir deyən akademik, UNEC-də güclü professor - müəllim heyətinin olduğuna diqqət çəkib:
"Araşdırmalara görə ən yaxşı müəllim dərsdə tələbəyə ali məktəb məzmununa aid olan elmi biliyin 30 faizini verir. 40 faizini tələbə özü kitablar vasitəsi ilə əldə edir. 30 faizi isə tələbəyə universitet mühiti verir deyən akademik, UNEC-də gənc nəslin təlim və tərbiyəsi üçün yüksək səviyyədə mühit qurulduğunu bildirib.
Sonra UNEC-in İqtisadi Araşdırmalar Elmi - Tədqiqat İnstitutunun direktor müavini, professor Rövşən Quliyev "Elmin iqtisadi inkişafda rolu” mövzusunda məruzə ilə çıxış edib.
Sonda bildirilib ki, "Elm Günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam etdiriləcək. İxtisas kafedralarında tematik dəyirmi masalar, həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr də təşkil ediləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi