İcra başçıları hədəfə alındı - Eldar Mahmudovun icra strukturundakı adamları qovulacaq

img

11-11-2015 [16:58]


Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən qovulan keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov özünə yaxın şəxsləri dövlətin müxtəlif qollarına, o cümlədə icra hakimiyyətlərinə yerləşdiribmiş.

Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, hazırda Eldar Mahmudovun təqdimatı ilə rayonlara təyin edilmiş icra başçıları araşdırılır. 

Məlumatlara görə, Eldar Mahmudovun xətti ilə icra başçısı olmuş şəxslərin sırasında daha çox Ağdam rayonunun icra başçısı Raqub Məmmədovun adı hallanır. Kənd Təsərüffatı Akademiyasını bitirən, 21 il Milli Təhlükəsizlik orqanlarında işləmiş Raqub Məmmədov 2014-cü ildə Ağdam rayonuna icra başçısı təyin edilib. 

Əldə etdiyimiz məlumata görə, Eldar Mahmudovun şəriki, Bakıda bir neçə avtomobil salonlarının sahibi "Ağdamlı Dəmir" kimi tanınan Dəmir Abdullayevi də ilk dəfə Raqub Məmmədov nazirlə tanış edib. Raqub Məmmədovun keçmiş nazirin ən etibarlı adamlarından olduğu qeyd edilir.

Raqub Məmmədovun icra hakimiyyəti işlədiyi dövrdə Eldar Mahmudovun tapşırığı əsasında bir neçə "reket" jurnalisti nəzarətdə saxladığı, onlara aylıq "paket" verdiyi və həmin "jurnalistlər"in vasitəsi ilə bir çox iş adamlarının şantaj edildiyi bildirilir. 

Məlumatlara görə, Eldar Mahmudovun nəzarətində olan icra başçıları haqqında görüləcək tədbirlər Raqub Məmmədovla yekunlaşmayacaq. Yaxın günlərdə Eldar Mahmudovun nəzarətində olan icra başçılarının işdən qovulacağı bildirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA